Xəbər lentİ


Millət vəkili ÇAĞIRIŞ ETDİ: "Ora getməyin"

10:28, 12.04.21
40
sosial
Millət vəkili ÇAĞIRIŞ ETDİ: "Ora getməyin" "İşğaldan azad olunmuş ərazilərə insanların qeyri-qanuni səfərlər etməsi qətiyyən yolverilməzdir".
Bunu millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkilinin sözlərinə görə, hər kəsə məlumdur ki, həmin ərazilərə ermənilər tərəfindən 100 minlərlə minalar basdırılıb: "Müharibədən xeyli vaxt keçməsinə baxmayaraq, minalanmış ərazilərin xəritəsi təqdim olunmayıb. Bu da təbii olaraq təmizlənmə işini çətinləşdirir. Nəticədə, onlarla mülki şəxs və hərbçi həlak olub və yaxud fiziki sağlamlıqlarını itiriblər. Dəfələrlə rəsmi orqanların xəbərdarlıq etməsinə baxmayaraq, özlərinin və yaxınlarının həyatlarını risk altına atan vətəndaşların davranışları anlaşılan deyil. Yumşaq desək, tam ağılsız hərəkətdir. Cəmiyyət olaraq qanunlara riayət etməyi, qanunlarla yaşamağı öyrənməliyik. Millət vəkili olaraq, müvafiq icazə olmadan o bölgələrə səfər edən vətəndaşlarımıza müraciət edərək demək istəyirəm ki, həyatınızla oynamayın. Təhlükəni ciddi qəbul edin. Səbirli olun".

Fikirlər

 Oxşar xəbərlər: