Xəbər lentİ


Əflatun Amaşov: "Jurnalistlər işlərini görmək üçün hər cür şərait və imkana malikdir"

10:48, 20.10.20
45
yazarlar
Əflatun Amaşov: "Jurnalistlər işlərini görmək üçün hər cür şərait və imkana malikdir" Dünən Gəncə, Tərtər, Mingəçevir və Bərdədə oldum. Ermənistanın terrorçu mahiyyətinin bu bölgələrə vurduğu böyük zərərləri görmək insanı sarsıdır. İnsanlığın dramı yaşanır sanki bu bölgələrimizdə. Ancaq bu dramatizmdə böyük zəfərimizin gözləntisi, çırpıntısı var.
Bəli, bu torpaqların indi bir başqa ruhu var. Bu ruh bölgənin raket mərmisinin səsinə öyrəşmiş sakinlərinə əzəmət verir. Qalib xalqın əzəmətliliyi və məğrurluğu belə olurmuş demək. 18 oktyabr dövlət müstəqilliyi günü kimi əlamətdar gündə buna əyani şahidlik də varmış qismətimdə. Necə də dərin duyğudur. İnanın, sözlə ifadəsi mümkün deyil.
Hər kəs kimi cəbhə bölgəsindəki jurnalistlərimiz də böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərirlər. Onların hər birinin yerlərdəki durumla bağlı, xatirələrdən ibarət böyük bazası var. Nə zamansa bu baza fundamental yaradıcılıq nümunələrinə çevriləcəkdir.
Jurnalistlərimizlə və xarici ölkə jurnalistləri ilə xeyli söhbətləşdim. Onlar işlərini görmək üçün hər cür şəraitə və imkana malikdirilər. Qalır əzmlə çalışmaq, Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları xalqa və dünyaya çatdırmaq. Əminəm ki, informasiya cəbhəsinin əsgərləri qarşılarına qoyduqları ali məqsədə çatacaqlar.
Yaşasın Azərbaycan, var olsun xalqımız!
Var olsun Ali Baş Komandanımız cənab İlham Əliyev!

Fikirlər

 Oxşar xəbərlər: