Xəbər lentİ


Əməkdaşımıza əsassız təzyiq edilir

19:52, 14.06.20
20
yazarlar
Əməkdaşımıza əsassız təzyiq edilir
Dostlar, nə qədər istəyirsən ki, qələmi bir yana atıb rahat dincələsən. Lakin birdən haqqında elə söz eşidirsən ki, münasibət bildirməsən sakitləşə bilmirsən.

Hamya yaxşı məlumdur ki, xüsusilə bizim ölkədə yazıya-pozuya daha çox reaksiya verirlər. Bu məsələ Qazaxda isə daha geniş şəkil alıb. Əslində yaxşı haldı. Lakin, bəzən kimdənsə bir yazı gedir, yazan məlum, sayt məlum, başlanılır kimdənsə şübhələnilməyə. O cümlədən, lap elə mənim özümdən.

"Elə əskisi tüstülü" ifadəsi də buradan yaranıb. Onu da qeyd edim ki, mən yazı yazanda, məqalə işləyəndə faktlar varsa, heç kimə məsləhət etmirəm, yazıram. Yazının sonuna da öz imzamı qoyuram. Bunları deməyimdə məqsəd var.

Bu gün bir nəfər həmkarım mənə bildirib ki, guya mən Qazax Rayon İcra Hakimiyyətinin Başçısından harasa məqalə yazmışam. (Bu sözü həmkarıma icra hakimiyyətində deyiblər) . Əvvəla, ola bilməz . Absurddur. Ona görə ki, Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovla münasibətimizdə anlaşılmayan heç nə yoxdur. Bir icra başçısı kimi işləyir, yerində olan insandır. Bir daha deyirəm ki, narazılığım yoxdu. İndi kim nə yazıb, kim neynəmək istəyir özü bilər. Əgər kiminsə yazısında heç bir fakta istinad ediməybsə, formal məsələlər üzərində dayanıbsa, yenə deyirəm ki, o yazı ilə QAZAX RİH-nin başsı Rəcəb Babaşova heç nə də olası deyil. Narahatçılığa da əsas yoxdur. Məndən şübhələnənlər üçün bir daha deyirəm: Şəxsən mən icra başçısının Qazaxda gördüyü işlərdən tam razıyam. Vəssalam. Kiminsə nəsə yazmağına gəlincə, mən ona cavabdeh ola bilmərəm. Söz və mətbuat azaddır. Hər müəllif öz yazısına cavabdehdir, imzası varsa məsuliyyəti də özü daşımalıdır, daha İlham Hacalı yox! Haqsız təzyiqlər və təqiblər mənə qarşı düşünülmədən baş verərsə, düz 20 ildi ki, qurucusu rəhmətlik Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvü kimi, mən də ölkəmizi tərk etməym üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəsmi müraciət edəm.

Artıq 30 ildi ki, jurnalist peşəsi ilə məşğul olan yazar kimi haqqımın müdafiəsinə qalxıb qəzet, sayt və telekanallara müsahibə verəm. Bəli, bu hakimiyyətə xidmət edən, dövləti və dövlətçiliyi dəstəkləyən bir insanın günahı nədir? Kənardan baxan deməzmi ki, bu ki, YAP-çıdı. Buna nə oldu? Yəni, düşünməyə dəyər.

Sağ olun. Allah amanında.

İlham Hacalı
Bizimaz.az

Fikirlər

 Oxşar xəbərlər: