Xəbər lentİ


DİM-in bütün elektron xidmətləri və informasiya sistemləri dayandırılır - Xəbərdarlıq

10:41, 12.03.21
37
tehsil
DİM-in bütün elektron xidmətləri və informasiya sistemləri dayandırılır - Xəbərdarlıq Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzin elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq edib.
DİM istifadəçilərin nəzərinə çatdırır ki, Dövlət İmtahan Mərkəzinə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17,18,19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Fikirlər

 Oxşar xəbərlər: