Xəbər lentİ


“Clear” oteldə nələr baş verir?

13:54, 10.11.16
6674
sosial
“Clear” oteldə nələr baş verir?Binəqədi rayonu ərazisindəki “Clear” hotelin hansı yöndə fəaliyyət göstərməsindən, yəqin ki, tam əksəriyyət məlumatlıdır. Əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət qardaşlarının sahiblik etdikləri bu hotel də, digər hotellər kimi, hal-hazırda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan ünvanlardan biri olaraq fəaliyyət göstərməkdədir.Bu gün “Clear” həm də dörd ulduzlu hotel adı altında da fəaliyyət göstərir. Amma, əsl həqiqət hər kəsə bəllidir ki, “Clear” necə hoteldir və hansı yöndə də fəaliyyət göstərir Belə bir səbəblər üzündəndir ki, hər gün
saat 8-dən sonra “Clear”da müştəri bolluğu yaşanır və yaş həddindən asılı olmayaraq qadınlar cinsi zoraklığa da sürüklənirlər.
“Clear” haqda bəzi məlumatları əldə edərkən onu da müəyən edə bildik ki, ilk əvvəl onun tikintisi aparılarkən ətraf ərazidə yaşayan sakinlər tikintiyə etiraz ediblər. Həmin vaxt hotel sahibləri sakinlərə bildirirlər ki, “bu yerdə idman təyinatlı bir mərkəz olacaq” deməklə, onlar sakinləri aldada biliblər. Çox keçmir ki, aparılan tikinti işləri başa çatdırılır və həmin ərazidə hotel tikilir. Hoteldə ilk əvvəl müştərilərə normal xidmət göstərilsə də, çox keçmir ki, həmin ünvan ən böyük əxlaqsızlıq ünvanlarından birinə çevrilir.
Bu gün “Clear” həm də dörd ulduzlu hotel adı altında da fəaliyyət göstərir. Amma, əsl həqiqət hər kəsə bəllidir ki, “Clear” necə hoteldir və hansı yöndə də fəaliyyət göstərir.
Diqqəti o hal da cəlb edir ki, “Clear”ın sahibi olan Fəxrəddin və Fikrət qardaşlarının, ölkəmizin qonşuluğunda olan dövlətlərlə, xüsusilə də İranla uran biznesinə girişmələri haqda müəyyən çevrələrdə bəzi söz-söhbətlər dolaşmaqdadır. Amma, hər iki qardaş əldə etdikləri gəlirlərinin daha çoxunu, qadın alverindən əldə etmələri haqda da məlumatlara malikik.
Əvvəla onu qeyd edək ki, bu hotelə kənardan diqqət yetirdikdə, çox keçmir ki, hotelin ümumi görkəmi hər kəsin nəzər-diqqətini özünə cəlb edir. Belə bir səbəb üzündən də, “Clear”ın yaraşıqlı, səviyyəli, mədəni bir ünvan olduğu anlamını hər kəs düşüncəsində formalaşdırır. Amma, hotelin həyətindən içəri daxil olduqda, çox keçmir ki, kiminsə düşündükləri bir anın içərisindəcə altüst olur. Çünki, həmin vaxt bilib görürsənki “Clear” əməlli-başlıca “proton”dur. Yəni, bu hoteldə təqribən 30-35 otaq var ki, hər bir otaqda da qadınların cinsi istismara məruz qalmaları üçün, hotel sahibi tərəfindən hər cür şərait yaradılıb. Belə bir səbəb üzündəndir ki, adıçəkilən ünvanda azyaşlı qızlar belə müştəri “hüzurunda” sərasər dayanıb, gün ərzində bədənlərini satmaqla pul qazanırlar. Əldə etdiyimiz məlumatlara görə həmin qızlar hər gün 10-15 nəfərlə “yaxınlıq edirlər” ki, bu da əksər hallarda bir çox fəsadların əmələ gəlməsi ilə də nəticələnir.
Məlumatlı mənbədən əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, “Clear” hotelin bu gün dövlətə külli miqdarda borcu var və həmin borc da illər uzunudur ki, yığılıb qalıb. Verilən məlumatlarda o da bildirilir ki, Vergilər Nazirliyinin əməkdaşları obyektin müdiriyyətinə borclarını ödəməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etsə də, hələ ki, heç bir nəticə yoxdur.
Düzdür, Fəxrəddin və Fikrət qardaşları bu gün bir sahibkar olaraq fəaliyyət göstərirlər və bu gün sahibkarlığın inkişafına dövlət tərəfindən lazımınca dəstək də verilir. Amma, Fəxrəddin və Fikrət qardaşları isə, nədənsə yaradılan şəraitdən başqa məqsədlər üçün istifadə etməkdədirlər. Yəni, onlar qeyri-qanuni yollara üz tutub gəlirlərini artırmaqda davam edirlər. Həmin şəxslərin pul qazanmaq istəyi, mütəmadi olaraq qanun pozuntuları ilə də müşayiət olunur. Ən böyük qanunsuzluq isə, vergi məsələləri ilə bağlıdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, əldə etdiyi gəlirin müəyyən hissəsini hər rüb dövlətə vergi şəklində ödəməli olduğu halda, Fikrət və Fəxrəddin qardaşları isə, kimlərəsə arxalanaraq çox zaman vergidən yayınırlar.
Hotelin müştəriləri arasında yüngül əxlaqlı qızların üstünlük təşkil etmələri də, bir çox məqamlardan xəbər verir. Faciəli hal odur ki, son illər Bakıda və ətraf ərazilərdəki hotel və istirahət mərkəzlərinin əksəriyyəti, təyinatlarını dəyişməklə əxlaqsızlıq yuvası olaraq fəaliyyət göstərirlər.
Ümumiyyətlə, bu gün “Clear”da biabırçı vəziyyət hökm sürür. Etika naminə bəzi məqamları açıb-ağartmaq istəmirik. Onu da vurğulayaq ki, artıq hotelinin yaxınlığındakı binalarda yaşayan sakinlər, adı çəkilən hoteldə yaşanan vəziyyətlə barışa bilmirlər. Belə bir vəziyyət yəqin ki, nə vaxtsa hansısa “partlayış”a da səbəb olacaq.
Sadaladığımız belə bir olaylardan başqa onu da vurğulayaq ki, bu gün “Clear” həm də dörd ulduzlu hotel adı altında da fəaliyyət göstərir. Amma, əsl həqiqət hər kəsə bəllidir ki, “Clear” necə hoteldir və hansı yöndə də fəaliyyət göstərir? Eyni zamanda, həmin ünvanda gündəlik hansı hoqqalara da qol qoyulur? Bu belə olduğu halda, bəs eyib deyilmi ki, “Clear” dörd ulduzlu hotel də adlandırılır? Axı, həmin ünvan hotel deyil, yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılan bir məkandır. Odur ki, bu ad adı altında həmin ünvanın dörd ulduzlu hotel adlandırılması, olduqca təəssüf doğuran haldır. Əslində hər kəs həmin ünvanı ən böyük əxlaqsızlıq ünvanı adlandırmalı və bəlli münasibətini də ortaya qoymalıdır. Əsl faciə ondan ibarətdir ki, həmin hotelə bitişik “Clear” şadlıq sarayı da fəaliyyət göstərir. Bir anlığa fikir verək, bir-birinə bitişik böyük bir obyektin bir tərəfində toy məclisi keçirilir, bir tərəfində isə yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalırlar. Bəs buna nə ad vermək olar? Axı, biz azərbaycanlıyıq! Xalqımıza məxsus milli-mənəvi əxlaqımız, tarixi keçmişimiz, unudulmaz dəyərlərimiz var! Bax, belə olan halda biz həm düşünməli, bir qədər də götür-qoy etməliyik.
Bəzi mənbələrdən belə bir məlumat da daxil olub ki, Fəxrəddinin adı vaxtilə bəzi cinayət əməllərində də hallandırılıb. Yəni, onun da iştirak etdiyi dəstənin üzvləri, hələ bir neçə il bundan öncə İrana nüvə yanacağı istehsalı üçün xammal–uran maddəsi aparan zaman, MTN-nin əməkdaşları tərəfindən ifşa olunublar. Keçirilən əməliyyatdan sonra, nədənsə dəstənin bütün üzvləri məsuliyyətə cəlb olunmayıblar. Bu da ona görə baş verib ki, dəstə yüksək səviyyəli məmurlardan biri tərəfindən himayə olunub. Məlumatlarda o da bildirilir ki, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun dönəmində keçirilən həbs zamanı Fəxrəddin də həbs olunanlar sırasında olub.
Bir anlığa diqqət yetirək, “Clear” hotelə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Yəqin ki, nazirlik rəsmiləri qeyd olunan ünvana lisenziya verməzdən öncə, çox böyük ehtimalla ki, həmin obyektdə müəyyən yoxlama tədbirləri də aparıblar. Görəsən onlar
yoxlama tədbirlərini necə aparıblar və təsdiq olunub verilən lisenziya, təyinatı hansı yondə olan “Clear”a verilib?

Fikirlər

 Oxşar xəbərlər: