Xəbər lentİ


Bakıda hava tozludur - SƏBƏB

10:17, 02.04.21
13
sosial
Bakıda hava tozludur - SƏBƏB Havada toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə, Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.

Fikirlər

 Oxşar xəbərlər: