Xəbər lentİ


Metrodan maskasız istifadə edənlər cərimələnəcək?

20:48, 08.05.20
29
sosial
Metrodan maskasız istifadə edənlər cərimələnəcək? “Koronavirus pandemiyası dövründə “Bakı Metropoliteni” 29 milyon sərnişin itirib”. milletinsesi.info-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, metrodan çıxışlarda məhdudiyyət olmayacaq: “Girişlərdə məhdudiyyət var. O da sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə edilib. Pandemiya dövründə bunlara baxılacaq. Maska olmamasına görə insanların cərimələnməsi ilə “Bakı Metropoliteni” məşğul olmur”.

O qeyd edib ki, bununla məşğul olmaq aidiyyəti qurumların, polislərin işidir: “Metronun əksər stansiyalarında aptek var və insanlar oradan maska ala bilərlər. Çalışmaq lazımdır ki, maskanı səhər 06:00-da yox, əvvəlcədən alsınlar. Biz metrolarda fəaliyyət göstərən apteklərdə kifayət qədər maskanın olmasını xahiş etmişik. Yaşı 65-dən yuxarı olan metropoliten əməkdaşları işə cəlb olunmayacaq”.

Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi mayın 31-dək uzadıldığından Nazirlər Kabineti yanında operativ qərargahın bütün tövsiyə və tapşırıqlarına riayət ediləcək.

Fikirlər

 Oxşar xəbərlər: