Xəbər lentİ


Xaçmazın 80 yaşlı icra başçısı istefa verdi

19:16, 31.10.19
6
sosial
Xaçmazın 80 yaşlı icra başçısı istefa verdi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev istefa verib.
Məlumata görə, o, bunu yerli mediaya müsahibəsində açıqlayıb.
81 yaşlı rayon başçısı qərarını qocalıqla əlaqələndirib: “Mən artıq qocalmışam. Ölkədə ciddi islahatlar aparılır. Prezidentin müraciətini dinlədim və istefaya qərar verdim".
Şəmsəddin Xanbabayev digər yüksək vəzifəli şəxslərin də dövlət başçısının çağırışına səs verəcəyinə ümid etdiyini bildirib.
“Ölkədə dəyişikliklərin baş verdiyini başa düşməlidirlər. Gənc nəsil əlbəttə ki, daha yaxşı işləyəcək”, - deyə başçı vurğulayıb.
Rayon rəhbəri əlavə edib ki, artıq istefasını təqdim edib. İndi boş vaxtlarını nəvələri ilə keçirmək niyyətindədir.

Fikirlər

 Oxşar xəbərlər: