Xəbər lentİ


Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu

12:11, 21.05.19
26
sosial
Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə keçirilən fəal görüşlər aylığı başa çatıb. Aylıq çərçivəsində paytaxtın bütün rayonlarında sakinlərlə təsdiq olunmuş qrafikə uyğun “Açıq qapı” günləri keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və ya qəsəbə mədəniyyət evlərində Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub, görüşlərdə sakinləri ən çox narahat edən sual və problemlər dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Aylıq ərzində paytaxt rayonlarında keçirilən “Açıq qapı” tədbirlərində sakinlər tərəfindən daxil olmuş müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, araşdırma aparılması və icrasi ilə bağlı tapşırıqlar verilib, aidiyyəti qurumlara müraciətlər göndərilib, tədbirlər planlarına əlavə edilib, həmçinin vətəndaşlara qaldırdıqları məsələ ilə bağlı müvafiq izahatlar verilib.
Daxıl olmuş hər bir müraciət nəzarətə götürülüb.

Fikirlər

 Oxşar xəbərlər: