Xəbər lentİ


Şamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildi

18:38, 25.11.16
1155
sosial
Şamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Müasir Qadın və Cəmiyyət İctimai Birliyinin təşkilatşılığı ilə 2016-cı il 25 noyabr tarixində Şamaxı rayonunda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildi.
18 Noyabr 2016–cı ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəy ilə Müasir Qadın və Cəmiyyət İctimai Birliyi Regionlarda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ adlı layihə həyata keçirir..
25 noyabr 2016 –cı il tarixində Qobustan rayonunu Gənclər Mərkəzində “Qadınların hüquq mədəniyyətinin formalaşması və inkişafı” adlı Seminar keçirildi. Seminarı təşkilatın rəhbəri Fidan Maqsudova açaraq layihənin əhəmiyyətindən və hüquq mədəniyyətinin insanlar üçün nə qədər önəmli olduğundan danışaraq qeyd etdi ki : Hüquqi mədəniyyət - hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir. Qanunvericilikdə öz əksini tapmış məsələlər nə qədər məntiqli və əsaslı olsa da, çox vaxt praktikada tətbiq olunmur və hiss olunmadan dondurulur. Vətəndaşlarımız elementar səviyyədə hüquqi biliklərə malik olmalıdırlar ki, bu biliklər əsasında hüquqi mədəniyyətləri formalaşsın. İnsanlar cinayəti bəzən, iqtisadi amillərlə bağlı törədirlərsə, çox vaxt etdikləri əməllərin hüquqa zidd olduğunu başa düşmədən, bunun hüquqi məsuliyyət yaratmadığını düşünərək edirlər. Hüquq mədəniyyətinin vacib konponentlərindən biri də məhz hüquqların hüdudunu düzgün müəyyənləşdirməkdir. Hər bir şəxs başa düşməlidir ki, onun hüququ digər və¬tən¬da¬şın hüquqlarının sərhədinə kimidir. Daha Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəy ilə nəşr olunan kitab və bulketin təqdimatı oldu. Çıxışın sonunda təşkilatın rəhbəri Fidan Maqsudova layihənin keçirilməsinə dəstək olduğuna görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edərək bildirdi ki, Şura hər zaman Vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş layihələri dəstəkləyərək, Azərbaycan Respublikasında yaşayan gənclərin və bütün yaş təbəqələrindən olan insanların intelektual inkişafına, maarifləndirilməsinə və onların bütün sahələrdə inkişafına dəstək olmuşdur. Daha Sonra seminarı təlimçi ekspertlər davam etdirdi. Seminar-müşavirədə Qobustan gəncləri ilə yanaşı tanınmış ziyalılar, Təhsil Nazirliyinin nümayəndələri, yerli Rayon İcra Hakimiyyətindən nümayəndələr iştirak etdilər. Seminarda gənc qızlara və ailələrə hüquq mədəniyyəti, qadın hüquqları, təhsil hüququ, məcburi əmək, erkən nikah və onların törətdiyi fəasadların hüquq mədəniyyətinə təsirindən, hüquq mədəniyyəti biliklərindən ətraflı məlumat verildi. Layihə çərçivəsində Şamaxı rayonunda ilk dəfə Hüquq mədəniyyətimiz adlı flashmob və rəsm sərgisi nümayiş olundu.

Şamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildiŞamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildiŞamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildiŞamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildiŞamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildiŞamaxıda “Qadınların hüquq mədəniyyətinin formalaşmasına və inkişafına dair maarifləndirilmənin mətbuatda və sosial mediada təbliği“ mövzusunda seminar keçirildi

Fikirlər

 Oxşar xəbərlər: