Xəbər lentİ


Şaxtalı hava nə qədər davam edəcək? – Proqnoz

13:01, 24.11.16
206
sosial
Şaxtalı hava nə qədər davam edəcək? – Proqnoz Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti, Bakıda gecə 0-2° isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli hava olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: