Xəbər lentİ


“Qarabağ məsələsində bitərəf ola bilmədiniz” - Çavuşoğlu

11:08, 03.12.20
32
siyaset
“Qarabağ məsələsində bitərəf ola bilmədiniz” - Çavuşoğlu “Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin dünən telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.
Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub.
Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, - nazir bildirilib.

Fikirlər

 Oxşar xəbərlər: