Xəbər lentİ


"Ötən gün düşmən 6 şəhərimizə 500-ə yaxın mərmi atıb" - Hikmət Hacıyev

10:34, 21.10.20
26
siyaset
"Ötən gün düşmən 6 şəhərimizə 500-ə yaxın mərmi atıb" - Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi hədəfə alması ilə bağlı məlumat paylaşıb.
H.Hacıyev bu barədə rəsmi "twitter" hesabında bildirib ki, oktyabrın 20-də düşmənin yaşayış məntəqələrimizi və mülki şəxsləri atəşə tutmaqda davam edib:
"Ümumilikdə 6 şəhərə 498 mərmi atılıb. 4 raket və 3 dron hücumu olub. Tərtər rayonuna 423, Ağdama 49, Ağcabədiyə 24, Goranboya isə 2 mərmi düşüb. Həmçinin Naftalan-Goranboy ərazisinə "Smerç" raketləri atılıb.
Yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb".

Fikirlər

 Oxşar xəbərlər: