Xəbər lentİ


Ramiz Mehdiyev həyat yoldaşını yüksək vəzifəyə təyin etdi - FOTO

18:56, 22.12.19
21
siyaset
Ramiz Mehdiyev həyat yoldaşını yüksək vəzifəyə təyin etdi - FOTO Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

Medaz.biz xəbər verir ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.
Ramiz Mehdiyev həyat yoldaşını yüksək vəzifəyə təyin etdi - FOTO
Onu da bildirək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı həyat yoldaşı – fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsndə Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır.(Yeniavaz.com)

Fikirlər

 Oxşar xəbərlər: