Xəbər lentİ


Milli Məclisin üzvü Zeynəb xanım Xanlarovaya AÇIQ MƏKTUB

16:11, 20.11.17
318
sikayetler / sosial
Milli Məclisin üzvü Zeynəb xanım Xanlarovaya AÇIQ MƏKTUB Hörmətli Zeynəb xanım!
Siz mahnılarınızla ürəkləri fəth etdiyiniz kimi bəzən qəlbləri də fəth eləyən çıxışlarınızla Milli Məclisin üzvü olmaq adınızı yüksəldirsiniz. Xalqın xeyrinə çıxışlar edib onlara təsəlli verirsiniz.
Bu günlərdə Rasim Balayevlə bağlı etdiyiniz çıxış cəmiyyətdə böyük əks-səda doğurdu. Bəzi təşkilatlar Sizin çıxışlarınıza reaksiya verdi. Ancaq...
Belə köməksiz və dərmansız qalan, ehtiyac içində boğulanlar yüzlərlə, minlərlədi. Bəlkə də çoxdu. Bəs bunlara kim kömək etsin? Onların eləsi var, nə atası, nə anası, nə də qardaş-bacısı yoxdu! Belə kimsəsizlərdən biri Tovuz rayonunun İbrahimhacılı kəndində yaşayan Quliyeva Yasəmən Oruc qızıdı.
Onun atası Böyük Vətən Müharibəsində həlak olub. Heç kimi yoxdu. 80-dən çox yaşı var. Gözləri tutulub. Kömək edin bir kimsəsi yoxdu. Bakıdan Tovuza gələn həkim briqadasından xahiş etdik ki, onun gözlərinin əməliyyat olunmasına yardımçı olsunlar. Firdovsi həkimdən, hətta Tovuz səhiyyəsinin baş həkimi Paşa Muradovdan da xahiş etdi, ancaq Firdovsi həkim bu kimsəsiz, heç kimi olmayan 80-dan çox yaşı olan qadından 750 manat pul istədi. Pulsuz olmaz dedi. Hətta Tovuzun millət vəkili Qənirə Paşayevaya da müraciət olundu. Heç kim kömək etmədi. Somali qaçqınlarına kömək aparan deputat Qənirə Paşayeva niyə Quliyeva Yasəmənə kömək etmir? Bəlkə də ona olunan müraciəti ona çatdırmayıblar. Ən əsası odur ki, hörmətli Zeynəb xanım Yasəmən kimi əlil, zəlil insanlara kömək etmək lazımdır.

Hörmətlə: Lətif Süleyman

Fikirlər

 Oxşar xəbərlər: