Xəbər lentİ


Lənkəranlılar işığa həsrət qalıblar, işıq idarəsi isə boş vədlər verir – VİDEO

10:49, 11.08.17
172
sikayetler
Lənkəranlılar işığa həsrət qalıblar, işıq idarəsi isə boş vədlər verir – VİDEO Lənkəranda sakinlər işıq üzünə həsrət qalıblar.
ARB TV xəbər verir ki, rayonda həftəsonları sönməyə adət edən işıqlar hər gün fasilələrlə verilməyə başlayıb. Əhali normal elektrik enerjisindən istifadə edə bilmir. İsti havalarda gün ərzində dəfələrlə kəsilən elektrik enerjisi sakinləri sərinləmək üçün istifadə etdikləri kondisionerlərdən məhrum edir.
Məmmədhüseyn Nəsirov (sakin): "Yay vaxtı işığı söndürərlər?! Nə qədər xahiş edərlər axı?! İdarəyə belə getmişik. Hərəsi bir otağa göndərir".
İlham Sadıqov (sakin): "Çox vaxt soyuduculara ziyan olur. Biri yandı, atdıq getdi. Yeməklərimiz ziyan olur".
Azad Axundov(sakin): "İşıq elə bil "svetafor"dur. Amma işıqfordan fərqli olaraq vaxt çox gedir. Söndürürlər, sonra yandırırlar".
Bu yerdə Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamil Bəhramovun televiziyamıza verdiyi açıqlamanı xatırlatmaq istəyirik.
2 il bundan əvvəl Lənkəranda enerji təsərrüfatının yenilənməsi üçün rayon ərazisində Polşa istehsalı olan yeni transformatorların quraşdırıldığını deyən baş mühəndisdən bu gün tez-tez kəsilən elektrik enerjisinin səbəbini soruşduq. O isə cavabında "1970-ci illərin avadanlıqlarıdır. Onlar qızır, biz də xətləri açıb yağlayırıq" deyir.
Maraqlıdır, bir zamanlar dediyiniz Avropa istehsalı olan avadanlıqlar hara getdi? Yüksək gərginlikli xətlərinizi isti küləkmi əritdi? Yoxsa, həmin vaxt mətbuata yalan informasiya vermişdiniz?
Verdiyiniz vədlər indi özünü doğrultmur. Qızmar günəşin altında əhaliyə fasilələrlə enerji vermək sizin gündəlik xidmətinizə çevrilib. Bununla da şəbəkə hər gün şikayətçi düşən istehlakçıların hüquqlarını pozur.


Fikirlər

 Oxşar xəbərlər: