Xəbər lentİ


Milli Məclisdə görüş

16:55, 18.03.21
26
sehiyye
Milli Məclisdə görüş Martın 18-də Milli Məclis Sədrinin müavini, Parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup gənc həkimlə görüşüb.
Qonaqları Milli Məclisdə salamlayan sədr müavini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad edilməsindənsöhbət açıb, bu Qələbəni tariximizin ən parlaq səhifəsi kimi səciyyələndirib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri barədə danışan sədr müavini bildirib ki, düşmən işğal etdiyi ərazilərdə hər şeyi yerlə-yeksan etməkləo yerlərin əsl sahiblərinin izlərini silməyə çalışıb. Bütün kəndlər, şəhərlər tamamilə dağıdılıb. Özü də bu dağıntılar müharibədən sonra həyata keçirilib. Nə ikinci, nə də birinci Qarabağ müharibəsi dövründə bu qədər dağıntı olmayıb.
Ölkəmizdəki uğurlu gənclər siyasətindən və Şanlı Ordumuzun qəhrəmanlığından bəhs edən vitse-spiker gənc həkimlərimizin könüllü şəkildə döyüş bölgəsinə getmələrini və fədakarlığını yüksək qiymətləndirib. Adil Əliyev artıq bərpasına başlanılan ərazilərimizin güclü siyasi iradə, diplomatik mübarizə və şəhidlərimizin qanı hesabına başa gəldiyini qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləklərini ifadə edib.
Sonda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanları təqdim olunub.

Fikirlər

 Oxşar xəbərlər: