Xəbər lentİ


Koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub - ilk dəfə

15:31, 05.04.20
18
sehiyye
Koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub - ilk dəfə Avstriyada ilk dəfə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib.
AZƏRTAC xəbər verir ki, aprelin 4-də 24 saat ərzində yeni yoluxma hallarının sayı 354, sağalma hallarının sayı isə 485 olub. İndiyədək sağalanları və infeksiyadan dünyasını dəyişənləri çıxdıqda, bu ölkədə aktiv yoluxma hallarının sayı 8832 nəfərə düşüb.
Avstriya Səhiyyə nazirliyi virusa yoluxma tendensiyanın aşağı həddə davam etməsi və hazırda gündəlik artımın 4,4 faizə düşdüyünü elan edib. Eyni zamanda, qeyd edilib ki, müsbət tendensiya arxayınlığa əsas vermir və əhali bundan sonra da məhdudiyyətlərə ciddi şəkildə əməl etməlidir.

Fikirlər

 Oxşar xəbərlər: