Xəbər lentİ


Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı

20:24, 14.01.20
2
sehiyye
Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, A.Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən çıxarılıb. Nazir Oqtay Şirəliyev bununla bağlı bu gün əmr imzalayıb.
Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.
Qeyd edək ki, 2018-ci ilin martında mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğın baş vermişdi. Mərkəzin baş həkimi Telman Məmmədhəsənov həbs olunmuşdu. Onun yerinə Araz Manuçeri baş həkim təyin edilmişdi.

Fikirlər

 Oxşar xəbərlər: