Xəbər lentİ


Neft bahalaşmaqda davam edir

10:09, 04.12.20
33
iqtisadiyyat
Neft bahalaşmaqda davam edir Dünya bazarında "qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.
"Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,97% bahalaşaraq bir barrelə görə 49,67 dollar olub.
WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 1,69% artaraq bir barrelə görə 46,41 dollara yüksəlib.
Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: