Xəbər lentİ


Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq

11:19, 21.02.19
47
iqtisadiyyat
Azərbaycan Həştərxanda meyvə-tərəvəz qovşağı yaradacaq Azərbaycanın "KDY Logistics" logistika şirkəti Rusiya Federasiyasının Həştərxan vilayətinin dəmiryolu logistika qovşağının inkişafına 2 milyard rubldan çox vəsait (26.6 milyon ABŞ dolları) yatırmağı qərara alıb.
Şirkətin nümayəndəsi Cavanşir Məmmədov qeyd edib ki, bu, regionumuz vasitəsilə meyvə-tərəvəzin daşınma həcmini artırmaq üçün vacibdir.
O əlavə edib: "Biz 1 milyon ton meyvə-tərəvəzi və digər yükləri həmin dəmir yolu qovşağı ilə ixrac etməyi, eləcə də əks istiqamətdə idxalı planlaşdırırıq. Bu məqsədlə investisiyalarımız 2 milyard rubl təşkil edəcək".
Qeyd edək ki, Azərbaycan Rusiya bazarlarına meyvə-tərəvəz tədarükü sahəsində əsas yeri tutur.

Fikirlər

 Oxşar xəbərlər: