Xəbər lentİ


“Barselona”nın müdafiəçisi zədələnib

12:02, 21.05.19
19
idman
“Barselona”nın müdafiəçisi zədələnib İspaniyanın "Barselona” futbol klubunun müdafiəçisi Nelson Semedo zədələnib.
25 yaşlı portuqaliyalı müdafiəçi İspaniya çempionatının 38-ci turunda "Eibar”la (2:2) görüşün 46-cı dəqiqəsində başından aldığı zədə səbəbindən İspaniya kubokunun final oyununu buraxacaq.
İspaniya kubokunun final oyunu mayın 25-də Bakı vaxtı ilə saat 23:00-da "Barselona” və "Valensiya” klubları arasında keçiriləcək.
N.Semedo cari mövsümdə "Barselona”nın heyətində keçirdiyi 45 oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.

Fikirlər

 Oxşar xəbərlər: