Xəbər lentİ


Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

10:31, 21.01.21
29
hadise
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: