Xəbər lentİ


Bakıda quldurluqla məşğul olan şəxs yaxalanıb

12:55, 17.12.20
32
hadise
Bakıda quldurluqla məşğul olan şəxs yaxalanıb Paytaxtın Sabunçu rayonunda quldurluqla məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon ərazisində E.Şərifzadəni bıçaqla hədələyərək quldurluq yolu ilə 710 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əhmədzadə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Fikirlər

 Oxşar xəbərlər: