Xəbər lentİ


Ağstafa Meşə Muhafizəsi və Bərpası Müəssisəsində korrupsiya

12:15, 05.07.16
5536
gundem / sikayetler / sosial
Ağstafa Meşə Muhafizəsi və Bərpası Müəssisəsində korrupsiyaAzərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarına

Ağstafa rayonu bir qrup meşəçi mütəxəssislər tərəfindən

MÜRACİƏT

Hörmətli prezident!
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov may 2016 cı il tarixdə AZTV-də çıxışı zamanı fəaliyyəti dövründə meşə bərpa işləri həyata keçirilməsi nəticəsində 65 000 ha sahə meşə ilə örtülü sahəyə keçirildiyini bildirdi.Biz meşəçi mühəndislər nazir tərəfindən qeyd edilən rəqəmə çox şübhə ilə yanaşırıq.Ona görə ki,nazirliyin ən kiçik müəssisəsi olan Ağstafa MMBM müəssisəsində 2010-2014 cü illərdə sənəd əsasında örtülü sahəyə,yəni 2010-cu ildə 83,4 ha meşə əkini ilə,50 ha təbii bərpaya kömək yolu ilə, 2011-ci ildə 74 ha meşə əkini ilə 200 ha təbii bərpaya kömək yolu ilə,2012 cu ildə 84 ha meşə əkini ilə,200 ha təbii bərpaya kömək yolu ilə,2014 cü ildə 88 ha meşə əkini ilə 120 ha təbii bərpaya kömək yolu ilə, cəmi 890,4 ha keçirildiyi göstərildiyi halda təxminən 5(beş) ha sahəni yerində aşkar etmək mümkündür.Qalan meşə ilə örtülü sahəyə keçirilən ərazilərin əksər hissəsi açıq sahədən ibarətdir və hazırda həmin sahələrdə süpürgə əkilir.
Meşə əkini ilə meşələrin bərpa edilməsi məqsədi ilə meşə əkinlərinə 5 il müddətində xidmət edilir.
Birinci ili 5 suvarma, 5 əl ilə xidmət,5 əl ilə əlavə xidmət,5 mexaniki xidmət işləri həyata keçirilir,qalan illərdə isə qeyd edilən xidmətlərin sayı hər il bir-bir azalır.Bundan əlavə hər il meşə əkinlərində 20% doldurma,arx təmiri,mühafizə məqsədi ilə yeni çəpər çəkilməsi və təmiri,aralıq işi adı ilə yanacaq silinməsi,suvarma suyu üçün vəsaitin xərclənməsi və digər tədbirlərə külli miqdarda dövlət vəsaiti xərclənir.
Nazirliyin bəzi baş bilənlərinin təşəbbüsü ilə heç bir əsas olmadan Ağstafa rayonunda 9(doqquz) meşəçi mütəxəssislərin sistemdən kənarlaşdırılaraq çilingər,radiotexnik,elektrik,əmtəəşünas,iqtisadçı və digər meşə bərpa işlərinə yad olan ixtisaslı kadrlarla əvəzləşdiriləndə,bilmirdilərmiki, meşə ilə örtülü sahəyə keçirilmə işi yalnız kağız üzərində mövcud olacaq.
Belə çıxır ki,cənab nazirin Ağstafa MMBM dən yol verilən saxtakarlıq və korrupsiya əməllərindən xəbəri yoxdur.
Meşələrmizin bərpası məqsədi ilə ayrılan dövlət vəsaitinin dağıdılmasına son qoyularaq təyyinatı üzrə düzgün istifadə edilib təbiətimizin qorunub bərpa edilməsi üçün lazımı tədbirlərin görülməsi ümidi ilə Sizə müraciət edirik.Çünki Ağstafa MMBM-in timsalında təbitəmizə olan laqeyd münasibətin nəticəsində məhv edilməsini gələcək nəsil bizlərə bağışlamayacaq.
Respublikada korrupsiyaya qarşı mübarizə aparıldığı bir dövrdə dövlət vəsaitinin külli miqdarda dağıdılmasının qarşısı niyə alınmır?


Bağirov Şəmistan Osman oğlu
Mehdiyev Rafiq Sədəddin oğlu


Tarix : 22 iyun 2016 cı il
Əlaqə telefonu : 050 529 32 42

Fikirlər

 Oxşar xəbərlər: