Xəbər lentİ


Torpaqlardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər (VİDEO)

11:25, 05.11.15
269
gundem
Torpaqlardan təyinatı üzrə istifadə etməyənlər cərimələnəcəklər (VİDEO) “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi qalmayıb”.

Azərbaycan ərazisində münbit torpaq sahələrinin çox olsa da, amma bu torpaqlar təyinatı üzrə istifadə edilmir. Bəzi hallarda aqrar sektor üçün yararlı olan torpaqlar iş adamları tərəfindən alınaraq digər məqsədlər üçün istifadə olunur və ya heç istifadə olunmur.
Xüsusilə rayon yerlərində kənd təsərrüfatı üçün yararlı olan torpaqların yalnız kənd təsərrüfatı məqsədilə istifadə edilməli olsa da, bəzən insanlar burada ev tikirlər.
Amma bundan sonra buna yol verilməyəcək. Torpaq sahələrindən başqa məqsədlər üçün istifadə edənlər ciddi cəzalandırılacaq.
Söhbət torpaqların təyinatı üzrə istifadə edilməməsindən gedir. Hansı ki, neçə illər əvvəl əhaliyə paylanan pay torpaqlarında yaşayış evlərinin tikintisinə başlanıldı və proses bu gün də davam edir. Problemlərdə elə bundan sonra başladı.
Əkin-biçin, otlaq sahələri, fermer təsərrüfatı üçün ayrılan torpaqlarda kənd təsürrüfatı ilə məşğul olmaq unuduldu. Torpaqların təyinatının dəyişdirilməsi isə zaman-zaman iqtisadi tempin aşağı düşməsinə səbəb oldu.
“Balans pozulanda təbii ki, iqtisadi inkişaf da pozulur və insanların gələcək yaşayış risqləri ortaya çıxır. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda fərdi yaşayış evlərinin tikintisinə başlanıldı. Artıq kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi qalmayıb. Bunun axırı necə olacaq?”, - deyə əmlakı məsələləri üzrə mütəxəssis Nüsrət İbrahimov bildirib.
Torpaqlar qanunvericiliyin tələblərinə əsasən alına-satıla, bağışlana, özəlləşdirilə bilər, bir şərtlə ki, təyinatı dəyişdirilməsin. Torpaqdan istifadədən təyinatın dəyişdirilməsi yalnız Nazirlər Kabinetinin qərarı ilə mümkündür.
Lakin yerli icra orqanları və bələdiyyələrin bu sahədə gördüyü işlər torpaqların yanlış məqsədlər üçün istifadəsinə şərait yaratdı.
Ölkə ərazisində torpaqlardan təyinatı üzrə istifadə etməyənlər cəzalanacaqlar. Yəni torpağın təyinatından fərqli olaraq yaşayış evi tikmə, mağaza və yaxud digər fərqli tikintilər aparanlar cərimələnəcəklər.
Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” sərəncamından sonra torpaq sahələrinin məqsədli təyinatına uyğun deyil, başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz, vəzifəli şəxslər altı yüz, hüquqi şəxslər üç min manat miqdarında cərimə ediləcəklər.


Fikirlər

 Oxşar xəbərlər: