Xəbər lentİ


Ağstafa meşələri nazirlikdə işləyən hansı şəxsin dəstəyi ilə və qohumları tərəfindən necə məhv edilir?

16:07, 08.04.16
13870
gundem / sikayetler
Bizə yazırlar
Ağstafa meşələri nazirlikdə işləyən hansı şəxsin dəstəyi ilə və qohumları tərəfindən necə məhv edilir? Azəzbaycan Respublikasının
Prezdenti İlham Əliyev cənablarına


Hörmətli prezdent!
Mən 50 ildən artıq müddət meşəbərpa və mühafizəsi sahəsində məshul vəzifələrdə işıəmişəm, Həyatımı təbiətə baglamışam, Ağstafa MMBM-dən hazirkı dözülməz vəziyyət məni çox narahat etdiyndən Sizə müraciət etmişdim. Müraciətimlə əlaqədar Ekologiya və Təbii Sərvətlər nazirliyində Azad adında, şəxs mənim evime gəlib mənimlə göruşdü. Müraciətimdə qeyd edilən qanunsuzluqların aradan qaldırılması məqsədi ilə hamsınl yerində göstərməyə hazır olduğumu onun nəzərinə catdırdım. O mənə bildirdiki məni başqa işlə əlaqədar qonşu rayona göndəriblər. Sabah gələcəm sizinlə bir yerdə muraciətnizdə qeyd edilən qanunsuzluqlara baxış kecirərik. Həmin şəxsdən soruşmaq istəyirəmki sənə başqa tapşrıq veriblərsə onda mənimlə hansı məqsədə görüşürdün. Təxminən onun mənimlə görüşündən 1(bir) ay sonra Ekologiya və Təbii Sərvətlər nazirliyi Meşələrin İnkişafı departamentinin 14/107 saylı 01 mart 2016-cı il tarixli məktubu ilə guya mənim iştirakımla muraciətim yerində araşdırıldığı və muraciətdə qeyd edilən faktlar öz təsdiqini tapmadığı bildirir. Adam vicdanını itrib yalan danşar bu qədərdə yox. Qeyd edilən məktubda yaş həddinə görə təqaüdə çıxarıldığına, görə meşəçi mühəndislər çatişmamazlıgı göstərilir. Mən həmin Azad adında şəxsə bildirdim ki Ağstafa rayonunda 8 (səkkiz) nəfər, onlardan hansıki 5 (beş) nəfəri respublikadan kənarda təhsil alıb onlarla görüşməsini təklif etdim, niyə sistemdən kənarlaşdırıldıqlarnı araşdır. O mənə bildirdiki mən sizinlə razılaşıram ki, rayonda yetərincə yaxşı meşəçi mütəxəsislər var. Mən onlarla görüşsəm onlara deməyə söz tapmayacam. Qeyd edilən problemi həll etmək mənim səlahətimdən kənardır. Ona görə onlarla görüşməyəcəyini bildirdi. Vətəndaşların müraciətlərinə Ekologiya və Təbii Sərvətlər nazirliyində münasibət bax belədi, yəni Cənab prezidentin tapşırığının əksini edirlər.
Azad müəllim necə araşdırma aparıb ki,aşağıda qeyd edilın nöqsanları görməyib və yaxud da görmək istəməyib.Çünki onun sədr olduğu komissiyanın araşdırması zamanı müəssisədə 51 000 manat vəsaitin dağıdılmasını aşkar etmişdir.Həmin qanunsuzluqlar yenə də mövcuddur bir azda artırılıb.Onlardan bir neçəsini təkrar qeyd edirəm.
1.Dövriyyədə olan meşə əkinlərinin sahəsinin sənəd üzərindəki hektarajından faktiki dəfələrlə az olması
2.2010 cu və 2015 ci yəni müxtəlif illərdə əkilmiş meşə əkini sahələrində tinklərin inkişafının eyni olması(hər il baxımsızlıqdan meşə əkinləri batır təkrar hımin sahəyə payız mövsümündə 1 illik toxmacarlar basdırılır və hər ildə dövlət vəsaiti xərclənir)
3.Nəticədə çətiri birləşmiş meşə əkinləri olmadığından meşə ilə örtülü sahəyə keçirmə prosesində saxtakarlığa yol verilir yəni “Perepiska” kimi çirkin əmələ əl atılır.(2010-2015 ci illərdə 890 ha meşə ilə örtülü sahəyə keçirilmə işində “perepiska” əməli)
4.Meşə əkini sahələrində toxmacarların sayını layihədə nəzərdə tutulduğundan az əkilməsi bununla tinklik sahəsində şişirdilmiş toxmacarların sayının ört bastır edilməsi,eyni ilə əlavə dövlət vəsaitinin mənimsənilməsi.
5.Səriştəsiz işçilərin meşə fond torpağının sərhədlərini dəqiq tanımadıqları ucbatından meşə fond torpaqlarında meşə bərpa tədbirləri məqsədi ilə ayrılmış dövlət vəsaitini kənar torpaqlara istifadə edilməsi(Sadıqlı kənd bələdiyyə torpağı).
6.Təxminən 900 m uzunluğunda 1.2-1.3 m dərinliyində 0.8 m enində torpaqqazma işinin həyata keçirilməsi adını da meşə əkini suvarma arxı qoymaq və həmin ərazidə olan 12 ha meşə əkininin 1 dəfə də olsun suvarılmaması ucbatından batması(torpaqqazma işini həyata keçirən traktor sürücüsünə əmək haqqı və yanacağın dəyəri süpürgə əkmək üçün torpaq sahəsi və oduncaqla əvəzləşdirilir, məqsəd təsərrüfatın balansından yanacaq və sürtkü materialının silinərək mənimsənilməsi)
7.Sıxlığı aşağı olan meşə mühafizə zolağında 2015 ci ildə qırıntı sahısinin ayrılması təlimata tam zidd olmasına baxmayaraq baş meşəbəyi qeyri mütəxəssis,radiotexnik ixtisasına malik olduğu üçün belə ciddi qanun pozuntusuna yol verilməsi.
8.Araşdırıcının bir qədər əvvəl sədr olduğu komissiya tərəfindən meşə fond torpağında tikilmiş 12 ədəd mal qara yatağının açkar edilməsi və departament tərəfindən həmin yataqların köçürülmısi tapşırığının verilməsi,tapşırığa cavab olaraq Ağstafa MMBM müəssisəsində 2015- ci ilin iyun iyul aylarında məhkəmə orqanlarına mraciət edilmısi bardə saxta arayış verilməsi maddi maraq nəticısində həmin yataqlar haqqından bu günə qədər heç bir tədbir görülməməsi meşələrin inkişafı departamentinin bu qanunsuzluqlara göz yumması.
9.Qarayazı meşəsinin məhvinə səbəb olan meşə fond torpağında süpürgə əkilməsi nazir tərəfindən qadağan edilmişdir.Hansı zərurətdən yenidən Ağstafa MMBM –də spürgə əkini bərpa edilib.Soyuqbulaq meşəbəyliyində meşələrin məhv edilərək süpürgə əkilməsi məqsədi ilə açıq sahəyə çevrilməsi eyni ilə meşə əkinlərinin arasında süpürgə əkilərkən tinklərin bir hissəsinin əkin zaman,ı bir hissəsinin səpin zaman,ı bir hissəsinin isə biçin zamanı, məhv edilməsi qalan hissəsi isə süpürgə əkilmiş sahələrin vətandaşlara örüş sahəsi kimi satılması nəticəsində mal qara tərəfindın məhv edilir.
10.Hansı nazirlik və komitədə baş mühəndis vəzifəsinə qeyri mütəxəssis çalışır? Bu yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr siyasətindəki yol verilən yalnışlığın nəticəsidir ki Ağstafa MMBM baş meşəbəyi vəzifəsi radiotexnik ixtisaslı bir şəxsə həvalə edilib.
11.Ağstafa MMBM-də bütün məsul vəzifəli şəxslər daxili əmrlə uzunmüddətli həvalə ilə işləyir.
12.Soyuq-Bulaq meşəbəyliyində gözətçi və meşəbəyi vəzifəsində işlədiyi müddətdə 2, 3, 4, 5, 6 saylı kartalların meşə örtüyünü tam mehv edib açıq sahəyə cevirmiş radiotexnik ixtisaslı Aslanov Anara baş meşəbəyi vəzifəsinin həvalə edilməsi hansı zərurətdən yaranıb və yaxud kim himayədarlıq edir? (2005-2006-cı illərin meşə qurluşu sənədləri əsasında araşdırılması
Qeyd edilən bu qanunsuzluqlar Ağstafa MMBM-də mövcud qanunsuzluqların cox cuzi bir hissəsidir.
Bu nöqsanlara göz yumub mənim müracətimin əsassız olmasını faktların öz təsdiqini tapmadığını bildirmək araşdırıcı Azad adında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin münasibətini özümə təhqir Prezident administrasiyasına və baş prokurorluğa qarşı hörmətsizlik kimi qıbul edirəm.Ümidvaram ki,mənim müraciətimlə əlaqədar aidiatı qurumlar təkrar araşdırma aparacaq xalqın sərvətini dağıdanları və onların bu əməlini ört basdır etməyə çalışan şəxslər haqqından lazımı tədbir görəcəklər

İmza: Bağırov Şəmistan Osman oğlu
Ağstafa şəhəri H.Əliyev prospekti 42 mənzil 3

Fikirlər

 Oxşar xəbərlər: