Xəbər lentİ


“Bank of Baku” ASC filiallarını kimlərə etibar edirlər?

10:12, 26.02.16
3671
gundem / sikayetler
Bizə yazırlar
“Bank of Baku” ASC filiallarını kimlərə etibar edirlər? Yazaraq bildirmək istəyirəm ki, mənim oğlum Hüseynov Etibar Əziz oğlu 2011-ci ildən “Bank of Baku”-nun Gəncə filialında sürücü-inkasator vəzifəsində işləyib.
Oğlum 04.02.2016-ci il tarixdə işdən haqsızlıqla çıxarılıb. İşdən çıxarılma səbəbi isə oğlum 1 (bir) il bundan qabaq Gəncə filialının direktoru Hüseyn Qurbanovun səhhətində ciddi problem yaranması ilə bağlı gələn baş idarənin rəhbər işçilərinin araşdırma aparmaq məqsədi ilə ondan direktorun psixoloji durumunun yerində olmamasının maraqlanmaları olub. Hətta onun xəstə olmasını sübuta yetirmək üçün Hüseyn Qurbanovun iş otağını daim nəzarətdə saxlamaq üçün yeni müşahidə kameraları quraşdırılıb.

Oğlum Təhlükəsizlik Departamentinin rəisi Elşad Hüseynovla Hüseyn Qurbanovun qəribə hərəkətləti barədə, yəni otaqda tək qalarkən havaya boş yumruq zərbələri ataraq qarşısında kimlərinsə olduğunu hiss etməsi barədə dəfələrlə müzakirələri olub. Bunları dedikdən bir müddət sonra direktorun mənim oğluma olan münasibəti dəyişdi. Oğluma sən “xəbərçisən”, “səni itirəcəm” və təhqir etmiş, sonra isə bağışla özümdə olmadım demişdir. Səhər səni çıxardacam, mən prinsip apardığım adamı saxlamıram, - deyə oğlumu hədələmişdir.
Sonda dekabrın 29-u oğluma səni işdən çıxartdım, deyərək məzuniyyətə göndərməsi oldu. Oğlum bu məsələni dəqiqləşdirmək məqsədi ilə Təhlükəsizlik Departamentinin rəisi Elşad Hüseynova zəng edəndə o, bildirdi ki, “narahat olma, biz bilirik ki o, dəlidir, ona baş qoşma, hər şeyi kamerada görürük, hətta bu məsələdən müşahidə şurasının sədri Elçin İsayev də xəbərdardır, get rahat istirahət elə”.
Lakin verilən vədlərə baxmayaraq oğlum işdən çıxarıldı, amma Hüseyn Qurbanov Şəki filialına direktron təyin olundu. Mənim oğlum da Hüseyn Qurbanovun otaqda tək olan zamanda qəribə hərəkətlərinin müşahidə kameraları vasitəsi ilə cəkilən görüntülərin saatı və dəqiqəsinə kimi var.
Təhlükəsizlik Departamentinin rəisi Elşad Hüseynov özü şəxsən həmin anlar baş verərkən, həmin vaxtları qeyd etməyini tapşırmışdır. Ehtiyac olsa həmin görüntülərin vaxtlarını sizlərə də təqdim edə bilərik. Oğlum bu haqsızlığa etiraz edəndə isə Elşad oğluma sən “mütilasan” “o dəlidir bizə, onun sənə heç bir adiyyatı yoxdur” deməsi olub. Əslində isə elə bunu gizlədən Təhlükəsizlik Departamentinin rəisi Elşad Hüseynov olub. “Bank of Baku” ASC-nin Ümumi sahənin rəhbəri Eldar Həmidov, Region Filialları üzrə Nəzarət Departamintinin direktoru olmuş Elgün Qurbanov, İdarə Heyyətinin sədri Abbas İbrahimov və Müşahidə Şurasının Sədri Elçin İsayev də bu faktları gizlədirlər. Oğlumun işdən çıxma barədə əmri verildikdən sonra mən Müşahidə Şurasının Sədri Elçin İsayevlə telefon əlaqəsi quraraq, məni qebul etməyini xahiş etdim. Lakin Elçin müəllim onu qəbul etməkdən imtina etdi və bununla gunahlarının olduğunu bir daha ortaya qoydu. Əgər özləri dediyi kimi Hüseyn Qurbanovun psixoloji durumu yerində deyilsə, niyə bu şəxslər dövlətin pulunu, filialı xəstə bir adama etibar ediblər? Bunu niyə gizlədirlər? Kimlərin bunda marağı var?
Xahiş edirəm, bu məsələrin araşdırılıb, ədalətli qərar verilməsində bizə köməklik göstərəsiniz.

Hüseynov Əziz Rauf oğlu.
(055) 772-58-93, (055) 786-27-50

Fikirlər

 Oxşar xəbərlər: