Xəbər lentİ


Dövlət Aqrar Universitetinin rektoruna ağır ittihamlar

15:26, 08.04.16
3614
gundem / tehsil
Dövlət Aqrar Universitetinin rektoruna ağır ittihamlarİbrahim Cəfərovu Rəsul Quliyevlə və onun adamları ilə hansı tellər birləşdirir?
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Universtetində ciddi şəkildə qanunsuzluq baş alıb gedir. Yayılan məlumatlara əsasən universitetmin rektoru İbrahim Cəfərov ali təhsil ocağında dözülməz şərait yaradıb. Mətləbə keçid almamışdan öncə qeyd edək ki, Gəncə şəhərində fəaliyyət göstərən Dövlət Aqrar Universiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər hazırlamalıdır. Ali məktəbdə aqronomluq, apqrotexnologiya, baytarlıq təbabəti və əcazçılıq fakultəsi,elektroenergetika və informasiya texnologiyaları, mühəndislik, aqrar iqtisadiyyat fakultələri mövcuddur.
Məlumatda bildirilir ki, adı çəkilən universitetdə təhsil alan tələbələrdən hər imtahan üçün nəysə tələb edilir. Eyni zamanda bir çox tələbələr var ki, onlar ildə bir dəfə unversitetə gəlirlər və həmin tələbələr unversitet rəhbərliyinə illik deyilən "ödəmə” verirlər. Mənbə bildirir ki, Dövlət Aqrar Universitetinin bir çox tələbəsi testdən kənar qəbul olunublar və uzun illərdir ki, bu universitetdə qanunsuz diplomlar verilir. Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Həmçinin məlumatda o da vurğulanır ki, Aqrar Universitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putovkalarının satdırılmasıdır. Putovkaları isə Həmkərlar Təşkilatlarının əli ilə satılır. Qeyd olunur ki, Dövlət Aqrar Universitetinin nəzdində 4 həmkərlar təşkilatı, Azad Həmkərlar İttifaqı Komitəsi, Tələbə Azad Həmkərlar Komitəsi, Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Universitet müəllimlərinin və tələbələrin adlarına yazılan sanatoriya və maddi yardım maxinasiyaları isə məhz iki həmkərlar təşkilatının, Azad Həmkərlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin əli ilə həyata keçirilir. Universitetin əsas həmkərlar ittifaqınının sədri isə rektorun ən yaxın adamlarından olan Əli Quliyevdir. Aqrar Universitetdə qiyabi təhsil alan tələbələrin də daha sərt qaydalara əməl etdiyi qeyd olunur. Faktlar göstərir ki, hər imtahan zamanı rektorun istəklərini yerinə yetirən tələbələr narazılıqlarını ifadə etmək qadağası ilə üzləşiblər. İmtahanda qaydalardan kənar çıxıb professora üz tutub şikayət edən tələbəni daha ciddi cəzalar gözləyir. Belə ki, şikayətçi tələbə bu zaman hörmətli İbrahim Cəfərovun "ciddi” təşkil olunan imtahanının tələbləri qarşısında daha çox tər tökməli olmalıdır. Bu imtahada tələbədən çox, valideyinlərin əzab çəkdiyini qeyd etmək yerinə düşər. Əks təqdirdə tələbə unversitetlə vidalaşmaq məcburiyyətində qalır.
Daha önəmli fakt isə Gəncədə bəzi insanların Azərbaycan Dövlət Aqrar Universitetini keçmiş spiker, hazırda ölkədən kənarda yaşayan və müxalifət lideri sayılan Rəsul Quliyevin "obyekti” adlandırırlar. Aparılan araşdırmalar göstərir ki, bu fikirlər ictimaiyyətdə heç də təsadüfən formalaşmayıb. Aqrar Universitetdə bu gün vəzifə tutan bir neçə şəxsin məhz Rəsul Quliyevin yaxın ətrafı və indi də onunla sıx bağlı olmaları danılmaz faktdır. Çox güman ki, rektor İbrahim Cəfərov bundan xəbərsiz deyil. Ən azından İbrahim Cəfərovun bir neçə il öncə Gəncə 40 saylı Dairə Seçki Komissiyasının sədri olması və o illərdə tez-tez bu şəxslərlə formal mübahisələrdə bulunması hamıya məlumdur. Hər halda İbrahim Cəfərovun Rəsul Quliyevin siyasi kursunu dəstəkləyib iqtidara savaş açanların Aqrar Universitetdə vəzifələrə gətirməsi yuxarıların siyasətinə zidd olsa da, bəzilərinin maraqlarına xidmət etməkdədir.
Gəncədə Rəsul Quliyevin mövqeyinin İbrahim Cəfərov kimi rəhbər şəxslər tərəfindən qorunması və gücləndirilməsi prosesi baş verir ki, bu da ciddi təhlükə yaratmaqdadır. Qeyd edək ki, ali təhsil ocağında yaşanan qanun pozuntuları və rektorun biznes layihələri ilə bağlı araşdırmalarımız davam edir. Tezliklə daha kəskin faktlarla mövzunu davam etdirəcəyik.
Qarşı tərəfi də dinləyə bilərik.

Fikirlər

 Oxşar xəbərlər: