Xəbər lentİ


Urologiya xəstəxanası dövlət xəstəxanasıdır, yoxsa baş həkim Əli Babayevin özəl klinikası

16:05, 08.04.16
3454
gundem / sehiyye
Urologiya xəstəxanası dövlət xəstəxanasıdır, yoxsa baş  həkim Əli Babayevin özəl klinikası Xəstələrin iddiasina görə analiz edənlər və həkimlər pulu göndərişsiz gələnlərdən alir. Neqativ hallara yol verilməsinə şəraiti də baş həkim yaradir.Baş həkim Əli Babayev deyir ki, biz yoldan keçənləri niyə muayinə etməliyik. Biz göndərişi olmayanlardan pul aliriq. Buna görə bizə heç kim heç nə deyə bilməz. Göndərişlə gələnlər pul verməsin.
Cənab Səhiyyə naziri Oqtay Şirəliyevə açıq məktub.
Korrupsiyaya uğramış Urologiya Xəstəxanası niyə pullu xidmət göstərir? Korrupsiya məngənəsində boğulan xəstəxananın dərdinə hüquq-mühafizə orqanları və səhiyyə naziri Oqtay Şirəliyev əlac edə bilərlərmi? Labarotoriyada bütün analizlər niyə pulludur. Laboront rus Sveta azərbaycanca heç bilmir də. 15 manatı almamış analiz etmir.

Baş həkim Əli Babayev və onun müalicə işləri üzrə müavini XAQANI həkim xəstəxanaya gələn xəstələrin və bu sətirlərin müəllifinin cibini soyanlarla niyə bacara bilmir?
Adam inana bilmir ki,baş həkimin icazəsi olmadan müalicə və müayinə edən tibb işçiləri açıq-aşkar dili ilə xəstədən pul istəsin. Və ya xəstəxananın dərmanlarını necə gəldi talasın. Adam ona da inana bilmir ki, özəl klinikada 10 manata olan müayinəni urologiya xəstəxanasında laborant Sveta və rus qadın 15 manata edir. Rus laborant işçi isə utanıb qızarmadan desin ki, petnadsat rubl, 15 manat verməlisən. Ən pisi odur ki, rus laborant müayinə kağızını 15 manat, bəzilərindən isə çox almamış analiz götürmür. İndi kim deyə bilər ki, bu puldan ya baş həkim Əli Babayevin, ya da müavinin xəbərləri yoxdur. Bütün xəstələr deyir ki, baş həkim Xəstəxanadakı korrupsiyanın başında durur.
Son vaxtlar ölkə rəhbərliyi tərəfindən korrupsiyaya və rüşvətxorluğa qarşı geniş mübarizə aparılır. Bu mübarizə xidmət sahələrində daha çox hiss edildiyindən əhali səhiyyə və digər sahələrdəki neqativ hallarla daha çox üzləşirlər. Ona görə də səhiyyədəki neqativ hallar daha çox diqqəti cəlb edir. Elə bu səbəbdən də son günlər Respublika Urologiya Xəstəxanasında daha çox gərginlik hiss olunmaqdadır. Son vaxtlara qədər uzaq rayonlardan gələn əhali heç bir mane ilə rastlaşmadan respublika xəstəxanasında istənilən həkimin qəbuluna düşə bilib dərdini deyirdisə bu gün onu niyə edə bilmir? Hər bir xəstənin adı komputerə düşməlidir ki, baş həkim bilsin ki, nə qədər insan müraciət edib? Göndərişi bəhanə edib ancaq pul verəni içəri buraxırsa bunun adı nədir? Uzi və EKO-da müayinə edənlər deyirlər ki, baş həkim Əli Babayev göstəriş verib ki, heç kəsi pulsuz müayinə etməyin. Təbii ki, onlar da etmirlər.
Apardığım müşahidələr və müayinə olunduğum üçün onu deməyə əsas verir ki, Respublika urolgiya xəstəxanasında pulsuz tibbi xidmətdən söhbət gedə bilməz. İlk növbədə ona görə ki, həkimlər maaşlarının azlığını bəhanə gətirib xəstələri pulla qəbul edir. Özü də bunu çox həyasızcasına edirlər. Utanıb qızarmadan deyirlər ki, bu aparatları baş həkimdən 4-5 min manata almışıq. Ona görə də pulu olmayanları müxtəlif bəhanələrlə bir-birinin üstünə göndərir. Ən pisi odur ki, bu boyda Urologiya xəstəxanasında normal müayinə aparmaq üçün dövlətin verdiyi tibbi aparatlar mənimsənilib. Onlar hər ay baş həkimə pul verdiklərini utanmadan deyirlər. Onlarda 15-20 manatdan aşağı pul almırlar. Heç bir yerdə də yazılmayıb ki, hansı analiz neçəyədir?
Respublika Urologiya Xəstəxanasmda belə bazar açılmasına kim şərait yaradır? Hara baxır baş həkim, onun müavini? Eləcə də Səbail rayonunun hüquq-mühafizə orqanları.
Xəstələrdə belə təəssürat yaranır ki, korrupsiyaya uğramış bu xəstəxananın yox, bazarın baş pul yığanları baş həkim və müavinidir? Bu xəstəxana xəstəxanadan çox bazara bənzəylr. Xəstəxanaya verilən dərmanlar necə gəldi mənimsənilir. Pullu yerlərə baş həkim və müavini öz adamlarını yerləşdiriblər.
Baş həkim Əli Babayev işçilərlə niyə bacara bilmir, varlanmaq xatirinə xəstələrin taleyinə niyə biganə münasibət bəsləyirlər?
-Deyək ki, elə biri mən özüm 20 manata görə ölməliyəm, yoxsa müayinə olmaq haqqım yoxdur. Axı bu haqqı mənə dövlət verib.Pulsuz dövlət xəstəxanası yaradıb, ora dava-dərman verir, tibbi aparatlar verir.
-Dövlət daha demir ki, baş həkimlər siz varlanın, xəstələri pulla müalicə edin. Gündə bir xarici maşın minin, qoy xəstələr də əziyyət çəksinlər. Kimdir günahkar, öz vəzifəsini icra edə bilməyən baş həkim? yoxsa onun müavini? Onlar xəstələrə niyə gəlir mənbəyi kimi baxırlar?
Respublika Urologiya Xəstəxanasında baş verən rüşvətxorluq və korrupsiya hallarının qarşısı təcili alınmalıdır.
Sultanov Logman

Fikirlər

 Oxşar xəbərlər: