Xəbər lentİ


Ağstafa MMBM-də qanunsuzluqlar nə vaxta qədər davam edəcək

15:50, 08.04.16
3563
gundem / sosial
Ağstafa MMBM-də qanunsuzluqlar nə vaxta qədər davam edəcəkAğstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin mövcud durumuna faktlar əsasında nəzər salaq.
Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qeyd edilən qanunsuzluqlara narazılıqları varsa ictimaiyyətin, mətbuatın və digər orqanların nümayəndələri ilə araşdırılmasını təklif edərdim.


2010-2014-cü illərdə sənəd əsasında meşə ilə örtülü sahələrə keçirilən sahələrə nəzər salaq. 2010-cu ildə 133.4ha, ondan 83.4ha meşə əkini, 50ha təbii bərpaya kömək yolu ilə 2011-ci ildə 74ha meşə əkini ilə 200ha təbii bərpa yolu ilə 2012-ci ildə 84ha meşə əkini ilə 200ha təbii bərpa yolu ilə 2014-cü ildə 88ha meşə əkini ilə 120ha təbii bərpa yolu ilə 4(dörd) il müddətinə 320.4ha meşə əkini 570ha təbii bərpaya kömək yolu ilə cəmi 890.4ha meşə ilə örtülü sahəyə keçirildiyi halda 1ha sahə faktiki yerində yoxdur. Bu rəqəmlərin arxasında nə qədər dövlət vəsaiti durduğu artıq bəllidir. Bu qanunsuzluqların haradan başladığını MİD öz araşdırması nəticəsində aşkarlamış lakin sonradan ört basdır etməyə çalışmışdır. Meşələrin inkişafı departamenti müəssisədə araşdırma zamanı 40812.38 manat vəsait maliyyə təsərrüfat işlərinin düzgün aparılmaması nəticəsində 9204.67 manat batmış və əkilməmiş meşə əkinləri tinglik sahəsində çatışmayan əkin materiallarına görə vəasitin dağıdılmasını müəyyən etmişdir. Departamentin 040/ü saylı 09.02.2015 tarixli əmrində qeyd edilir ki, 88ha meşə ilə örtülü sahəyə keçirilmiş meşə əkinləri faktiki əkilmədiyi qeyd edilir. 1296.94 manat xərc çəkildiyi göstərilir. Salınmış meşə əkinləri 5 ildən sonra örtülü sahəyə keçirilir. Yəni çətirləri birləşdikdən sonra və hər il xidmət işlərinə dövlət vəsaiti xərclənir. 88ha meşə əkininə ən azı 88000 manat dövlət vəsaiti xərclənib. Və yaxud tapşırıq verilib ki, batmış meşə əkini bərpa edilsin. Üçüncü dördüncü illərin meşə əkininə hansı ki, 3-4 ildir dövlət vəsaiti xərclənir. 1 illik toxmacarları batmış 3-4 illik meşə əkinlərinin bərpası məqsədi ilə basdırmaqla meşə əkinlərinin bərpa edilməsi fikiri tam yalnışdır, yol verilmiş qanunsuzluğu ört basdır etməkdən başqa bir şey deyil. Soyuq Bulaq meşəbəyiliyində 41ha müxtəlif illərin batmış meşə əkininin bərpası ilə əlaqədar məlumat verilib. 41ha meşə əkininin bərpa etmək üçün 4x1 sxemi ilə əkilərsə 102500 ədəd əkin materialı tələb olunur. Əkin materialı haradan alınıb? Əkin materialı yoxdursa necə bərpa edilib? Heç kim öz şəxsi torpaq sahəsində iydə göyrüc akasya toxmacarları yetişdirmir. Heç bir yerdə də satılmır. Meşə əkininin bərpası demək olar ki, inandırıcı deyil. Bu yalnız kimisə müdafiə etmək xatirinə görülmüş tədbirdir. Eyni ilə kimisə müdafiə etmək xatirinə 10000 ədəd qarağac, 1500 ədəd katalpa, 4000 ədəd tuya, 900 ədəd şərq çinarı, 4000 ədəd sərv cinslərindən ibarət ting və toxumacların aşkar edilmədiyi üçün dəyərinin ödənilməsi tələb edilmir və Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki qohumları tərəfindən müdafiə edilir və qanunsuzluqların fonunda vəzifədə bir qədər də irəli çəkilir. Həmin şəxslər qohumları tərəfdən aldığı dəstəkdən daha da ruhlanır. Müəssisəyə öz şəxsi mülkiyyəti kimi münasibət bəsləyir. Nəticədə təbii və meşə əkinləri məhv olur yenə də onlara “gözün üstə qaşın var” deyən yoxdur. 2015-ci ilin payız meşə əkinlərinin keyfiyyətinə, sahəsinə nəzər salınsa qeyd edilənlər öz sübutunu tapacaq

Onu da qeyd edim ki, Ağstafa MMBM-ın ümumi sahəsi 4057hadır. Ondan 850 ha sahə döyüş bölgəsindədir, gediş-gəliş yoxdur. 1500 ha sahə sovxozdan qəbul edilmiş sahələrdir kəsiləsi ağaclar yoxdur, qalan sahə örüş, açıq sahə, bataqlıq, çay yataqlarıdır. Meşə ilə örtülü sahə təxminən 2000 ha sahədir. 2000 ha meşə ilə örtülü sahədə 1 il müddətinə 393kub-metr qırıntı aşkar edilibsə, 153 ha meşə əkininin əksər hissəsi mal-qara otarılması səbəbindən batıbsa, müəssisədə mühafizə işinin düzgün təşkil edilməməsi açıq aşkar görünür. Bundan başqa meşə fond torpağının ayrı-ayrı sahələri zəbt olaraq təyyinatı dəyişdirilmiş tikinti işləri aparılmış digər məqsədlər üçün istifadə edilir. Mühafizə mühəndisi işlədiyi dövrdə bir belə qanunsuzluqlara yol verdiyi halda haqqında ciddi tədbir görülmək əvəzinə müəssisəyə direktor təyin edilməsi əvvəl yol verdiyi nöqsanları daha da genişləndirməyə başlayıb.

Mərhum akademik Həsən Əliyev 1978-ci ildə Tuqay meşələrindəki vəziyyətlə əlaqədar “Həyəcan təbili” kitabını yazmışdır. O zamanlar Tuqay meşələrində vəziyyət indiki vəziyyətdən yaxşı idi. Mərhum akademik Tuqay meşələrindəki indiki vəziyyəti görsə görəsən aidiyyatı vəzifəli şəxslər haqqında hansı kitabı yazıb və onların ünvanına nə söyləyərdi?

Mehdiyev Rafiq Sədəddin oğlu

Fikirlər

 Oxşar xəbərlər: