Xəbər lentİ


Tovuzda sosial yardım bəlası.

15:55, 08.04.16
1827
gundem / sosial
Tovuzda sosial yardım bəlası.Nazir Səlim Müslümova
Cənab nazir!
Xəbəriniz varmı ki, Tovuzda Elmir Quliyev dövlətin ayırdığı sosial yardımı kasıblara deyil, maklerlərin dedikləri adamlara verir. Tovuzda sosial yardım kimlərə verilir və ya Elmir bəyin yarıtmaz işləri görə işdən qovulan Eldənizin yarıtmaz işlərini isə Ramiz davam etdirir.

Direktor yardımı ac ailəyə deyil, öz qohularına, tanışlarına verməklə məşğuldur. Bu fikirlər redaksiyamıza müraciət edən Tovuz rayonu, Qovlar şəhəri, Nizami küçəsində yaşayanların məktublarından götürülüb.
Əvvəlcədən deyək ki, həmin şikayət məktublarındakı faktları araşdırmaq məqəsədi ilə Tovuzda olduq. Elmir Quliyev qəbulunda olub şikayətlərin səbəbini araşdırmaq istədik. Əvvəlcə katibə dedi ki, gedin İcra Hakimiyyətindən icazə alın. Sonra suallarınızı cavablandıraq. Çətinliklə də olsa direktorun yanına keçib şikayətlərlə onu tanış etdik. Elmir müəllim daş atıb başını tutdu ki, o dediyiniz adamlara sosial yardım duşmür.
Rayonun İbrahimhacılı kənd sakini Vüsal Süleymanovda xəstə adamdır. Xəstə olduğuna görə hərbi xidmətə yararsız hesab edilərək hərbi xidmətə aparılmayıb. 50 manat dovlətdən sosial pensiya alır. Bir uşağı və həyat yoldaşı ilə atasına məxsus evin tövləsinin bir küncündə yaşayır. Öz adına torpağı var, ancaq bircə otaq tikib, ora köçə bilmir. Elmir Quliyev ona da yardım vermir ki, sən niyə atanın evində yaşayırsan? Məşədi İbad demişkən heç hənanın yeridir? Ay qardaş bu adamın yaşayış yeri yoxdur, xəstə adam bir uşaqnan küçədəmi qalsın?
Cənab Səlim Müslümov!
Xahiş edirik, yoxladın görək təkcə Qovlar şəhərində, eləcə də İbrahimhacılı kəndində və digər kəndlərdə neçə-neçə imkanlı şəxslər, hətta avtomobili, traktoru olanlar sosial yardım alır?

Son illərTovuzda əhalinin ünvanlı sosial yardım alması problemə çevrilib. Daha doğrusu, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra.Tovuzda direktoru dəyişdi. Təzə təyin edilmiş Sosial Müdafiə Mərkəzinin direktoru Elmir Quliyev isə deyir ki, nazir mənə limit verir, mən o limitdən artıq yardım verə bilmərəm. Konkret olaraq Tovuzda 4700-dən çox ailə ərizə verib yardım istəyir. Onlardan 3660-dan çoxuna yardım düşür. Ancaq nazir deyir ki, 2176 dan çoxuna vermək olmaz. Onda respublikada kasıblığın həddi çoxalacaq ki, bu da ölkəmizin imicinə zərbə vurur.
Bizə verilən məlumatda deyilir ki, E.Quliyevun faktiki işi rayondakı bütün qohum-əqrabasını ünvanlı sosial yardımla təmin etməkdən ibarətdir. Kənardan gələnlər isə gözləmək məcburiyyətində qalıblar.
Bu səriştəsiz idarəçilikdən əziyyət çəkənlərin isə işi Allaha qalıb. Sosial Müdafiə Mərkəzinin direktoru imkansızlıqdan dəhşətli duruma düşmüş vətəndaşların nə sənədlərini qəbul, nə də ona ünvanlı sosial yardım verilməsini təmin edir. Vətəndaş isə çıxılmaz vəziyyətdə yollarda qalıb.
Ona görə də kasıblar nazir Səlim Müslümovdan bu problemin həllini istəyir.
Elmir Quliyevun neçə makleri var? O Maklerlərlə pulu necə bölür?

Fikirlər

 Oxşar xəbərlər: