Xəbər lentİ


Gəncədəki 5 saylı notariat kontorunun notariusu Ariz Ələkbərovun saxta diplomu

23:57, 11.03.16
4784
gundem / sosial
Gəncədəki 5 saylı notariat kontorunun notariusu Ariz Ələkbərovun saxta diplomuSaxta diplomların ölkəmizin daha çox təhsil, səhiyyə və.s kimi sahələrinə ayaq açması haqda müəyyən məlumatlara malikik. Belə bir səbəblər üzündən də, artıq bu cür xəbərləri eşitdikdə, saxta diplom söhbətlərinə sanki adi məsələ kimi baxırıq.
Gəncədə 5 saylı notariat kontoru notariusunun diplom problemi
Elə ki, belə bir problemin hüquq-mühafizə orqanlarına yol açması haqda da xəbərləri eşidirik, o halda nə deməyə, nə də danışmağa sözümüz qalmır. Mətləbə keçməklə bir məqamı açıqlamaq istəyirik ki, Gəncə şəhərindəki 5 saylı notariat kontorunun notariusu Ələkbərov Ariz Elman oğlu da, saxta diploma sahib olan vəzifə sahiblərindəndir. Əslinə baxsan Ariz Ələkbərov daşıdığı vəzifəyə təyin olunmazdan əvvəl yəqin ki, onun hansısa bir diplomu olub ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov ona belə bir səlahiyyəti həvalə edib. Amma, problemin varlığı ondadır ki, adı çəkilən notariat kontoru notariusunun 90-cı illərdə təqdim etdiyi "kardon" diplomun saxtakarlığına, yəqin ki, həmin illərdə lazımınca diqqət yetirilməyib. Bu gün ədliyyə sahəsində çalışan Ariz Ələkbərova "daydayılıq" edən şəxsin, Gəncə Apelliyasiya Məhkəməsində hakim işləyən Elşad Bayramovun olduğu bildirilsə də, Samux rayon sakinlərindən bəziləri isə, onun “krışası”nın MM-in vitse-spikeri Valeh Əsgərovun olduğunu deyirlər. Onu da qeyd edək ki, Elşad Bayramov Samux rayon Məhkəməsində hakim işlədiyi zaman, Ariz Ələkbərov piştaxta arxasından çıxır və çox keçmədən adı çəkilən məhkəmədə işə də düzələ bilir.
Bir qədər vaxt keçdikdən sonra Samux rayon Qeydiyyat Şöbəsinin müdiri vəzifəsini daşısa da, hal-hazırda isə o, Gəncə şəhərindəki 5 saylı notariat kontorunun notariusu vəzifəsini daşımaqdadır. Bu gün bizim diqqətimizi cəlb edən an Ariz Ələkbərovun hansı vəzifəni daşıması deyil, hansı diploma sahib olmasıdır. Çünki, bir müddət bundan əvvəl ona hansı ali təhsil ocağını bitirmisiniz deyə sual etdikdə, “mən Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm” cavabını versə də, TQDK-na ünvanladığımız sorğu məktubumuza verilən cavab isə, onun danışdıqlarını tamamilə inkar edir. Elə ki, əldə etdiyimiz cavabı Ariz Ələkbərovun diqqətinə çatdırdıq, o halda o, “yaxşı olar ki, mənim hansı səbəbdən diplomsuz işləməyim haqda sualı cənab nazirimizə verəsiniz” deməsi, bizi olduqca təəccübləndirdi. Notariat kontoru notariusunun bu cür arxayınlıqla cavab verməsi, onun başı üzərində hansısa “sehrli əl”in olmasına, sanki bir işarə də oldu.
Deməli, heç bir ali təhsilə malik olmayan Ariz Ələkbərovun başı üzərindəki “sehrli əl”, əksəriyyətin danışdığı kimi ya Samux rayonundan MM-ə seçilən vitse-spiker Valeh Ələsgərovdur, ya da ki, onu ilk dəfə özünə köməkçi edən, bu gün isə Gəncə Apelliyasiya Məhkəməsində hakim işləyən Elşad Bayramovdur. Belə bir sualın cavabının açarı isə, mütləq Ədliyyə Nazirliyindədir. Təqribən 4 il bundan öncə ədliyyə naziri cənab Fikrət Məmmədovun sərəncamı əsasında Samux rayonundan Gəncə şəhərindəki 5 saylı notariat kontorunun notariusu vəzifəsinə təyin olunan Ariz Ələkbərov, ilk əvvəl şəhərin Gülüstan qəsəbəsində yerləşən binanı özəlləşdirib satdı və çox keçmədi ki, şəhərin düz mərkəzi hissəsinə, yəni "Asan xidmət”in 300 metrliyinə qədər gəlib çıxa bildi. "Asan xidmət"in ərazisinə yaxın bir ərazidə notariat kontorunun yerləşməsi də, ortaya çoxsaylı sualların da çıxmasına yollar açır. Yəqin ki, orada baş tutmayan əməliyyatlar Ariz Ələkbərovun yanında baş tutur. Əslinə baxsan, "Asan xidmət" fəaliyyət göstərməzdən öncə, həmin əraziyə yaxın yerdə 7 saylı notariat kontoru da fəaliyyət göstərirdi. Elə ki, 7 saylı notariat kontorunun notariusu Seymur Əhmədov dünyasını dəyişdi, çox keçmədi ki, Ariz Ələkbərov Gülüstan qəsəbə sakinlərini notarial xidmət baxımından xidmətsiz qoyaraq, şəhərin mərkəzi hissəsində fəaliyyət göstərməyə başladı.
Bu gün də, Gəncə şəhərində ərazi baxımından böyük olan Gülüstan qəsəbə sakinləri notariussuzdular. Onlar notarial xidmət növlərindən istifadə etmək üçün uzun məsafəni qət etməli olurlar.

Fikirlər

 Oxşar xəbərlər: