Xəbər lentİ


Qazaxda “Maliyyə Novruz” əməliyyatları - Yeniləndi

23:58, 11.03.16
3722
gundem / sosial
Qazaxda “Maliyyə Novruz” əməliyyatları - YeniləndiYalan yerə demirlər ki, 20 il bir igidin ömrüdür.
Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev də belə igidlərdəndir.
Nə az, nə çox düz 20 ilə yaxındır ki ki, maliyyə idarəsinin başında turp əkir. O, hazırda Qazağın ən pullu adamları siyahısındadır.
Yerli-yersiz köçürmə əməliyyatları, idarə, müəssisə və təşkilatların üzərinə faiz qoyuluşu, öz məqsədi naminə pul köçürmələri, pulun kağız üzərində nağdlaşdirilməsi və sairə kimi əmliyyatlar qonşusunu 1 inəkli edəndə Novruz Abdullayevi 5 inəkli etmişdir. Bu haqda medaz.biz-ı məlumatlandıran mənbə bildirir ki, Qazaxda “Pinoçet” hakimiyyətinin yardıcısı sabiq icra başçısı, hazırda Ağstafa Mərkəzi Poçtamtının rəisi işləyən Əsəd Orucovun kadrı olmuş Novruz Abdullayev əyləşdiyi idarədə rüşvətxorluq və korrupsiya yolu ilə bu gün ağlagəlməz işlərin sahibidir.
Qazax büdcəsini istədiyi kimi sağa-sola xərcləməklə böyrü üstə qoyan Abdullayev, heç də nazirlərin həyat tərzindən aşağı yaşamır. Araşdırmalar göstərir ki, ümumiyyətlə, şəkərli-diabet xəstələrinin 90 faizi aparıcı vəzifələrdə çalışanlardır. Onları bu xəstəliyə düçar edən əsas səbəb dövlət vəsaitini oğurlamasıdır. Yoxlamlar da gələn kimi istər–istəməz qorxudan mədəaltı vəzidə pozuntular baş verir, nəticədə şəkərli-diabet xəstəliyi yaranır. Elə medaz.biz-a daxil olan məlumatda da bildirilir ki, Novruz Abdullayev də dövlət vəsaitini yediyi üçün şəkərli-diabetdən əziyyət çəkir. Sual oluna bilər ki, hansı dövlət vəsaitini yeyib? Onda demək mümkündür ki, hər bir aparıcı vəzifə sahiblərinin varı əmlakının dəyəri ilə ölçülür. Novruz Abdullayevin əmlakına gəldikdə isə bu saya gəlməzdir. Bakıdakı mülkü, Qazaxdakı əmlakı, o cümlədən bir neçə il bundan əvvəl Qazaxın girəcəyindəki, dəyəri 100 min manatlıq olan market, rayon ictimaiyyətindən gizli saxladığı obyektlər və s. maliyyə rəisinin dar günüdə yarağıdır. Dövlət məmuru kimi kommersiya ilə məşğuliyyətini pərdə altına salaraq oğlunu bu işə qoşan Abdullayev Qazax Sosial İqtisadi Kollecinin 5 metrliyində dəyəri bəlkə də 100 min manat olan əzəmətli obyekti 2 ayın içərisində inşa etdirə bildi. Onun Bakıda və ya digər yerlərdə də hansı obyektlərin sahibi olması haqqında da fikirlər söyləyəcəyik. Bunlar hamisi təbii ki, dövlət büdcəsinin havaya sovrulan pullarının hesabınadı. Onun Bakıda və ya digər yerlərdə də obyektləri mövcuddur. Rayon sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumata görə, Qazax Mərkəzi Xəstəxanasının stomatoloji şöbəsində ayrıca bir otaq və külli miqdarda dəyəri olan stomatoloji aparat Novruz müəllimin gəlininin xidmətindədir. Maliyyə rəisi səhiyyə büdcəsinə müdaxilə edərək sabiq səhiyyənin mühasibi Sərhəd Məmmədovun əli ilə “maxinasiya” edib həmin diş apratını aldırmış, həmin stomotoloji kabineti təmir etdirmiş onu da gəlininin xidmətinə buraxmılşdır. İş də növbəli olduğu üçün əməkdaşlara nə otaqdan, nə də avadanlıqdan istifadə etməyə icazə veriblər. Çünki bu yalnız Novruz Abdullayevin “hesabına” təşkil olunub. Novruz Abdullayev xüsusi əməliyyatlarını Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşovla qurub. Aldığımız məlumata əsasən Novruz Abdullayevin əksər qohum-əqrəbası suvarma sistemləri idarəsində işləyir. Novruzun qohumlarının adı Suvarma sistemləri idarəsində getsə də, özləri işçi kimi tanınmırlar. O, cümlədən Abdullayevin oğlunun da adı həmin cərgədədir.
Deyilənə görə, maliyyə idarəsinin rəisi Qazaxdakı bir sıra keçmiş MMC-lərlə də əlbirdir. O buraxdığı dövlət vəsaitinin hara xərcləndiyini gözəl bilsə də öz mənafeyi namınə biri ilə də, maraqlanmır. Yalnız Qazağın Kəmərli kənd sakini, vaxtı ilə Qazax Mərkəzi Poçtamtınin baş mühasibi işləmiş Arif Alıcanovun rəhbərlik etdiyi 2 “Nihat RE” və “Nihat QE” adlı MMC-lərdən savayı. Həmin MMC-lər də Novruz Abdullayev tenderindən keçməklə gəlir gətirən hər bir işlə məşğul olurlar: «Rayonda obyektiv fəaliyyət həqiqət carçısı kimi çıxış edən maliyyə yoxlaması, dövlət əmək müfəttişliyi yoxdur ki, rayonda müxtəlif əməliyyatlarla məşğul olan MMC sahibərindən soruşa ki, bu qədər işi hansı işçi qüvvəsi hesabına görürsən? Və ya texniki bazan haradadır və s.
Novruz Abdullayev adicə əməkhaqqı alan büdcə təşkilatlarının hamısını faizə otuzdurub. İdarədə Novruz Abdullayevdən başqa “pəpə yeyəndən mama” deyənə kimi hərəsinin öz faizi vardır. Onun nəticəsidir ki, Qazax maliyyəsində işləyən bir neçə nəfərin sürdükləri minik avtomobilləri onların necə dolanmasından xəbər verir. Təbii ki, hazırkı dövrdə tək əməkhaqqı ilə kifayətlənən maliiyə işçisi yalnız yeməyinə pul çatdıra bilər. O da məlumdur ki, rayonun idarə, müəssisə və təşkilatlarında zəhməthaqqı alanlardan 11 adda tutulma gedir. Qazax Maliyyə İdarəsində baş verənlərlə bağlı medaz.biz-ı məlumatlandıran mənbənin sözlərinə görə, ötən il bu idarədə Qazax maliyyəsində aparılan yoxlamada Novruz Abdullayevin 11 adda tutulmalar etməsi ciddi nöqsan kimi tərtib olunmuş akta salınsa da, bu günə kimi heç bir nəticə verməmişdir.
Novruz Abdullayev maliiyə idarəsinin rəisi kimi həmişə özü üçün işləyən şəxslərdəndir. Adam var ki, əlində silah cəbhə bölgələrində vətən üçün əziyyət çəkir, torpaq uğrunda vuruşur, nəticədə şəhid olur, şəhidlik zirvəsinə yüksələrək ad qoyur. Novruz Abdullayev kimiləri isə idarə, müəssisə və təşkilat rəhbərinin üzərinə faiz qoymaqla var-dövlət əldə edərək “Maliiyə Novruz “ adını almışdır. Səhviksə, Qazaxın girəcəyindən “Maliyyə Novruzu” kimdən soruşsanız Sizi gətirib onun yanına çıxaracaqdır. Qazax maliyyəsinin başında turp əkən Novuz müəllim heç kimi hesaba almamaması göz önündədir. Necə ki, Şəmkirin keçmiş maliyyə idarəsinin rəisi kimi… Bu da maliyyə nazirliyinin maliyyə nəzarət idarəsinin rəisi Cavanşir Yusifovun dəyirmanına daş atması kimi başa düşülür…
Davamı mütləq olacaq.

Fikirlər

 Oxşar xəbərlər: