Xəbər lentİ


Ərəb turistlər 4000 manat cərimələndi, qoruqda hərəkətləri qadağan edildi - Xidmət rəisi

15:36, 26.03.21
23
gundem / sosial
Ərəb turistlər 4000 manat cərimələndi, qoruqda hərəkətləri qadağan edildi - Xidmət rəisi Son bir neçə gün ərzində Qax rayonunun Acınohur adlanan ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhmsiz davranma barədə məlumatlar yayılıb. Bununla əlaqədar bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlmə icazəsinin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, digər turistlər kimi, ərəblər də ölkəmizə gələ bilərlər: "Amma istirahət zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, müvafiq orqanlar ona qarşı tədbirlər görür. Məlumatlar daxil olduqdan sonra apardığımız araşdşrma zamanı məlum oldu ki, Acınohur yasaqlığında 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarərəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin araşdırmanın gedişatlnda ərəb turistlərin bir neçə gün əvvəl həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı cərimələndilər".
H.Əlizadə qeyd edib ki, həmin ərazidə ovun aparılması ilə bağlı yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bunun nəticəsində fakt qismən müəyyən edildi: "Sosial şəbəkələrdə əvvəlki dövrlərə aid olan, hətta ərazisini müəyyən etmək mümkün olmayan foto və video çəkilişləri paylaşılıb və iddia olunub ki, onlar həmin ərazidə baş verib. Bəzi faktlar öz təsdiqini tapdığı üçün tərəfimizdən iki ərəb turist təqribən 4000 manat məbləğində ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə cərimə edildi. Hazırda yasaqlıq ərazisində onların hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb, ərazidə postlar quraşdırılıb. Araşdırmalar davam etdirilir".

Fikirlər

 Oxşar xəbərlər: