Xəbər lentİ


Abşeronda sabiq xidmət rəisi həbs edildi - Rəsmi

12:59, 17.12.20
32
gundem / sosial
Abşeronda sabiq xidmət rəisi həbs edildi - Rəsmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Məmmədov Oruc Nüsrət oğlu həbs edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəisi Fazil Talıbov məlumat verib.
O bildirib ki, adıçəkilən şəxs barədə nazirlikdə bir neçə ay əvvəl araşdırma başlanıb: "Araşdırmanın nəticəsi olaraq onun fəaliyyətində ciddi qanun pozuntusu aşkarlanıb və həmin şəxs vəzifəsindən azad edilib. Bununla yanaşı, O. Məmmədovun fəaliyyətinə hüquqi qiymət verilməsi üçün sənədlər araşdırılması üçün prokurorluğa göndərilib. Araşdırmanın nəticəsi olaraq O.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib".

Fikirlər

 Oxşar xəbərlər: