Xəbər lentİ


Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

10:41, 01.12.20
50
gundem / siyaset
Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.
Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.
Bu barədə Laçın rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda bu istiqamətdə hazırlıq aparılır: "Bu gün Azərbaycan Ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın rayon polis şöbəsinin əməkdaşları əraziyə köçürüləcək".

Fikirlər

 Oxşar xəbərlər: