Xəbər lentİ


Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

14:52, 13.11.20
35
gundem / sosial
Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Fikirlər

 Oxşar xəbərlər: