Xəbər lentİ


Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

10:41, 08.11.20
28
gundem / siyaset
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.
Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderləri ilə telefon təmasları barədə məlumatlandırıb.
Rusiya və Türkiyə dövlət başçıları münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Türkiyə Prezident Adminstrasiyası da Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, liderlər Türkiyə-Rusiya əlaqələri və Dağlıq Qarabağ əsas olmaqla, regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Prezident Ərdoğan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın əks hücum əməliyyatlarının yalnız öz ərazisi daxilində olduğunu bildirib.
Ermənistan hakimiyyətinin danışıqlar masasına gəlməsi üçün cəhdlərin önəmli olduğunu bildirən Türkiyə Prezidenti bu münaqişəyə daimi həll yolu ilə son qoyulmasının və bölgədə sülhün, sabitliyin bərqərar olunmasının vacibliyini də qeyd edib.

Fikirlər

 Oxşar xəbərlər: