Xəbər lentİ


Associated Press: Co Bayden prezident seçkilərində qalib gəlib

10:26, 08.11.20
28
gundem / dunya
Associated Press: Co Bayden prezident seçkilərində qalib gəlib Associated Press (AP) agentliyi Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-da Prezident seçkilərinin qalibi olduğunu elan edib.
AP-nin hesablamalarına əsasən, Bayden prezident olmaq üçün lazım olan 270 seçici səsini toplayıb.
Son qiymətləndirmələrə görə, Bayden Pensilvaniya ştatında qalib gələrək 20 seçici səsi qazanıb. Beləliklə, hazırda Baydenin 273, Trampın 213 seçici səsi var.
Qeyd edək ki, NBC kanalı da oxşar qiymətləndirməni nümayiş etdirib.
***
“Co Bayden özünü dərhal prezident seçildiyini elan edib”.
Bu barədə ABŞ Prezidenti Donald Trampın seçki qərargahından bildirilib.
"Biz hamımız bilirik ki, Co Bayden qalib kimi saxta pozlar verməyə tələsir və mediadakı müttəfiqləri niyə ona kömək etməyə çalışırlar: həqiqətin açıqlanmasını istəmirlər", deyə qərargahın yaydığı açıqlamada vurğulanıb.
***
ABŞ-ın sabiq prezidenti Barak Obama Co Baydeni prezident seçkilərində qələbə çalması münasibətilə təbrik edib.
B.Obama, eyni zamanda ölkənin yeni birinci xanımı Cil Baydeni də təbdik edib.
"Mən əminəm ki, o, ona səs verən və ya verməyən hər bir amerikalıya ürəkdən xidmət edəcək", deyə B.Obama "facebook" hesabında yazıb.
Qeyd edək ki, Co Bayden Barak Obamanın prezidentliyi dönəmində ölkənin vitse-prezidenti olub.

Fikirlər

 Oxşar xəbərlər: