Xəbər lentİ


Sən kimsən Qənirə Paşayeva? Və ya Tovuzdan Millət vəkili olmaq Sizə çoxmu lazimdir?

21:17, 05.01.20
53
gundem / sosial
Sən kimsən Qənirə Paşayeva? Və ya Tovuzdan Millət vəkili olmaq  Sizə çoxmu  lazimdir? Təəssüf ki, bir çox Tovuzlu belə hesab etmir.
İndi heç kimə sirr deyil ki, ölkəmizdə millət vəkili olmaq və ya seçilmək uğrunda ciddi mübarizə başlayıb.
Bu mübarizənin önundə isə təəssüf ki, yenə də son illər millət vəkili adını daşıyanlar dayanır. Bəziləri deyirlər ki, millət vəkillərinin çoxu təyin olunub. Bunun nə dərəcədə həqiqət olduğunu deyə bilməsəmdə onu deyə bilərəm ki, millət vəkilləri öz vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə ölkə prezidenti cənab İlham Əliyev Milli Məclisi buraxmaq haqqında qərar qəbul etdi. Yəqin ölkə başçısı hiss etdi ki, Milli Məclis köhnə heyətlə vəzifəsinin öhdəsindən gələ bilmir. Belə hesab edib ki, Milli Məclis təzələnsə yaxşıdır, ona yeni nəfəs vermək lazımdır.
Ancaq istefaya göndərilmişlər imkan vermir ki, yenilər meydana çıxıb sözünü desin. Əksəriyyəti yaşına, başına baxmadan yenidən namizədliyini verib. Belələrindən biri də neçə illərdir Tovuzdan deputat olmuş Qənirə Paşayevadır. Belə baxanda keçmiş deputatlarin arasinda ən fəalı bəlkə də Qənirə xanımdır. Elə bu yazını yazmağada məni “TOVUZ” qəzetinin redaktoru Çingiz Musayevin sosial şəbəkədə Qənirə xanımı tərifləyib dağın baına qaldırması oldu. Həmin tərifdən narazı qalan Tovuz sakini Bəhman Əsgərzadə Çingiz muəllimi qınadı ki, sən Qənirə xanımı nahaq təriflyirsən. O bir millət vəkili kimi Tovuzun problemlərini həll etməkdə heç bir iş görməyib. Bir vaxtlar keçmiş icra başçısı Tofik Zeynalovu müdafiə edib, indi də indiki icra başçısı Məmməd Məmmədovu müdafiə edir. Rayonda əhalinin sosial problemləri ilə bağlı heç bir iş görmür və ya görmürlər. Hardasa küçədə qalmış birini kimsəsizlər evinə yerləşdirmək də igidlik və deputatlığın pik zirvəsi deyil.
Görünən isə odur ki, icra başçısı Məmməd Məmmədovun kabinetini 2-3 polis nəfəri elə qoruyur ki, o binaya quş da qona biməz, nəinki hansısa sakin girib icra başçısı Məmməd muəllimə dərdini desin. Başçı isə böyük bir ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəsə tikdirir. Xeyirli olsun.
Məsələ onda deyil. Ondadır ki, Çingiz Musayev Qənirə Paşayevanı niyə növbəti dəfə müdafiə edir. Yeri gəlmişkən onu da qeyd edim ki, Çingiz çox istedadlı qələm sahibi, istedadlı şairdir. Mənim hörmətlə yanaşdığım qələm sahibidir və mən onu uzun illərdir tanıyıram. Bununla belə Çingiz özü də bir istedadlı, yaradıcı Tovuzlu kimi bilir ki, Tovuzun problemləri başından aşır. Hamıdan yaxşı bilir ki, Tovuz kənd təsərrufatı rayonudur. Onu da yaxşi bilir ki, Tovuzda bütün dövrlərdə suvarma suyu problemi olur. Nəinki suvarma suyu bir çox aylarda içməli su tapılmır. Əhali mal-heyvanını su maşınları ilə gətirdikləri su ilə yola verirlər. Kənd sakini Bəhmən Əsgərov sual verir ki, Çingiz Musayev indi qiş ayıdır, Qənirə xanımıda gətir, öz gözünlə gör insanların demirəm, gör heyvanların içməyə suyu varmı?
Əgər Tovuzun problemləri neçə illərdir başından aşırsa və onları Qənirə xanım və icra başçısı Məmməd müəllim həll edə bilmirsə qoy həll edə bilən deputat seçilib bu problemləri həll etsin. Əgər Qənirə Paşayevanın və onu kimilərinin deputat kimi fəaliyyəti ölkə prezidenti cənab İlham Əliyevi razı salsaydı parlamenti niyə buraxırdı? Buraxıb ki, yeni bacarıqlı, öz işinin öhdəsindən gələn insanlar milli məclisə üzv seçilib əhalinin problemlərinə kömək etsinlər.
Daha deməyib ki, gedin təzədən namizəd olun. Belə olan halda Çingiz Musayevin məqsədi nədir ki, yenidən Qənirə xanımı deputat görmək istəyir. Axı Tovuzun problemlərini kim bilməsə də Çingiz Musayev gözəl bilir. Bəs onda bu problemləri redaktoru olduğu “Tovuz” qəzetində niyə qaldırmır və ya Qənirə xanıma niyə demir ki, ay Qənirə xanım Siz neçə il deputat oldunuz bir fərli iş görə bilmədiniz, qoy başqa bir layiqli yoldaş seçilib, Tovuzun problemləri ilə məşğul olsun.
Mən bilmirəm son bir ildə “Tovuz” qəzetinin neçə nömrəsi dərc edilib? Və o nömrələrin birində Tovuzun sosial problemləri ilə bağlı orada bircə yazı dərc edilibmi?
Ən azından Tovuzun layiqli övladlarına imkan verin Milli Məclisə seçilə bilsinlər. Tovuz xalqı üçün faydalı bir iş görsünlər.
Davamı mütləq olacaq.
LƏTİF.

Fikirlər

 Oxşar xəbərlər: