Xəbər lentİ


Goranboyun icra başçısı nədən qorxur? – Pul kartları vətəndaşlara qaytarıldı

18:48, 22.12.19
26
gundem / sosial
Goranboyun icra başçısı nədən qorxur? – Pul kartları vətəndaşlara qaytarıldı Zaman-zaman problemi olan rayon sakinlərini qəbulda gözlətməkdən həzz alan Goranboyun icra başçısı Məhərrəm Quliyev son hadisələrdən sonra narahat olub. İcra başçısı bu narahatlıq fonunda ötən gün aparat işçilərinin və aidiyyəti məsul şəxslərin iştirakı ilə müşavirə keçirib.
Medaz.biz Bizimxeber.az–a istinadən xəbər verir ki, sosial iş yerləri üçün maliyyə vəsaitinin yeyildiyi rayonlardan biri də Goranboydur. İki gün öncə DTX tərəfindən həbs edilən icra başçılarının əməlləri sırasında vətəndaşların adına yazılan sosial əmək pullarının yeyilməsi faktı daha incə şəkildə araşdırılır. Mənbə bildirir ki, bu fakt üzrə bütün rayonlarda yoxlamalar aparılır və ya artıq aparılıb. İcra başçılarının bu əndişəsini başa düşmək olar. Çünki onların həksəriyyətinin əməlində cinayət tərkibi var bunu özləri də bilirlər.
Daxil olan məlumata görə, icra başçısı Məhərrəm Quliyev son hadislərdən sonra pul kartlarını insanlara paylatdırıb və bu məsələnin şişirdilməməsini onlardan xahiş edib. Həmçinin bildirib ki, qısa müddətdə rayonda vətəndaşlarla məmur arasında yaranan problemlər həll olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: