Xəbər lentİ


100 min rüşvət alan məmur reketdir, yoxsa 10 manat istəyən jurnalist???

18:10, 04.01.20
20
gundem / sosial
100 min rüşvət alan məmur reketdir, yoxsa 10 manat istəyən jurnalist??? ...İstəkli həmkarlar! Bilirsiniz ki, başda Bəxtiyar Sadıqov olmaqla, Mətbuat Şurasındakı bir neçə şəxs şəxsi məqsədləri üçün (KİVDF yaranandan) ipə-sapa yatmayan KİV-lər və jurnalistlər üçün "qara siyahı" adlı tələ fikirləşdilər. Hətta onlar dünya mətbuat tarixində görünməmiş bir addıma imza atdılar: "Reket jurnalistikaya qarşı mübarizə komissiyası" yaradıb kefləri istəyən, onların sözünü yerə salan qəzetləri cəzalandırmaq barədə düşüncəsiz yol tapdılar. Təsəvvür edin, dövlət qururmu olan KİVDF şərt qoydu ki, kimin adı bu "Qara siyahı"da varsa, yardım ala bilməz, katibələrin dəvət aldığı mətbuat bayramlarına buraxıla bilməz, ev ala bilməz, layihə götürə bilməz! Qısası, onlar xalq düşmənləridir, vəssalam!
Sözümün canı var: Prezident İlham Əliyev dəfələrlədir bəyan edir ki, Azərbaycanda korrupsiya və rüşvətxorluq var, bu işlə məmurlar məşğul olur və s. Və indiyədək nə qədər məmurun həbs edildiyini bilirsiniz... Bu gün isə Ağstafanın İcra başçısı Nizaməddin Quliyev və onun müavini həbs edildi. Amma bu günədək PA-da nə "Reket məmurlara qarşı mübarizə komissiyası" var, nə onun sədri, nə də bu məmurların "Qara siyahısı". Bir dəstə nadanın sayəsində Azərbaycan mətbuatı 10 ildir rüsvay edilməkdədir... Kimdənsə 10-20 manat pul istəyənə reket damğası vurub mətbuatımızı cəmiyyətin gözündə biabır etməyə dəyərmi??? Niyə bu işlə polis-prokurorluq orqanları deyil, Mətbuat Şurası məşğul olmalıdır? Əflatun Amaşov dəyərli insandır, üzüyumşaqdır, sakit adamdır, amma bu sakit və həlim adamdan şəxsi məqsədləri üçün istifadə edənlər sonda MŞ-ı heçə endirdilər.
Çıxış yolu: dəfələrlə demişəm, kimsə məmurdan pul istəyirsə, o, dilənçidir, jurnalist ola bilməz, cinayətkardır! Beləliklə, MŞ özünü indiki sel sularından xilas etmək istəyirsə, təcili olaraq bu məsələlərə ayıq başla yenidən baxıb jurnalistikamızdakı bu "qara siyahı"nı aradan götürüb gerçəkdən, təmiz niyyətlə mətbuatın və jurnalistlərin problemləri ilə məşğul olmalıdır, onlara problem yaşatmamalıdır. Necə ola bilər ki, bir jurnalistin, tutalım, dilənçiliyi ilə bütün KİV kollektivi reket adlandırılır, KİVDF onları bütün layihələrdən və yardımlardan məhrum edir?! Bu hansı qanunda yazılıb???
İnanıram ki, bu təklifim nəzərə alınacaq, lazımi tədbirlər görüləcək...
Asif MƏRZİLİ
100 min rüşvət alan məmur reketdir, yoxsa 10 manat istəyən jurnalist???

Fikirlər

 Oxşar xəbərlər: