Xəbər lentİ


 Yevlax və Xaçmazın icra başçıları işdən azad edildi

18:55, 31.10.19
15
gundem / sosial
 Yevlax və Xaçmazın icra başçıları işdən azad edildi Prezident İlham Əliyev bu gün oktyabrın 31-də Xaçma rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb.
Xatırladaq ki, 81 yaşlı Xanbabayev yaşına görə istefa ərizəsi yazdığını açıqlamışdı.
Prezident digər sərəncamla onun yerinə Elnur Şahbaz oğlu Rzayevi təyin edib.
Habelə dövlət başçısı bu gün Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Fikirlər

 Oxşar xəbərlər: