Xəbər lentİ


Direktor Bərdə Peşə Liseyinin həyətini tarlaya çevirib, əkir-biçir: iki nazirə fakt

17:22, 10.09.19
16
gundem / tehsil
Direktor Bərdə Peşə Liseyinin həyətini tarlaya çevirib, əkir-biçir: iki nazirə fakt Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun pedaqoji fəaliyyətdən daha çox, bizneslə məşğul olduğu bildirilir

Cahan.info-nun verdiyi xəbərə görə, liseyin hektarlarla əraziləri, torpaqları var.
Lisey direktoru isə liseyin ərazisini əkin-biçin sahəsinə çevirib, təsərrüfat qurub. Deyəsən, onun təhsilə yox, aqrar sahəyə töhfə vermək niyyəti var. Belədirsə, gərək təhsil naziri onu kənd təsərrüfatı nazirinə tapşırsın.
Çünki Ş.Şükürov Bərdə peşə liseyi ilə maraqlanmır, tədris yox səviyyəsindədir, tələbələrin kartları mühasibin və özünün cibində gəzir, dərsə davamiyyət yoxdur.
Onun başı öz gəlirlərinə elə qarışıb ki, lisey və tələbələr heç yadına düşmür. Ona görə cənab Ceyhun Bayramov yaxşı olar ki, İnam Kərimovla bir danışsın.
Ola bilər Ş.Şükürov təhsil yox, kənd təsərrüfatı sahəsində daha bacarıqlı, biliklidir, köməyi dəyə bilər. Çünki peşə liseyini bərbad günə salıb.
Bərdə Peşə Liseyində dəyişiklik gözlənilir. Liseyin direktoru Şəmil Şükürovun fəaliyyəti müasir tələblərə və yeni idarəçilik modelinə uyğun gəlmir. Gənc nazir çevik, dinamik komanda ilə işləmək istəyir.
Bu halda tədrisin keyfiyyəti yüksələ bilər. Odur ki, nazirin Ş.Şükürovla yollarını ayıracağı bildirilir. Lisey direktoru bu günə kimi liseyin ərazisini müxtəlif məqsədləri üçün istifadə etmişdi.
Peşə liseyinin direktoru pambıqdan gələn gəliri özünə götürüb. Bunu yaxın çevrəsinə belə izah edib ki, ərazidəki təsərrüfat onun özünə məxsusdur və dövlət əhəmiyyətli pambıq yığımı deyil.
Halbuki, peşənin ərazisini zəbt edən direktor bundan qabaq deyirmiş ki, pambıq əkilməsi rayon rəhbərliyinin göstərişidir.
Liseydə davamiyyət çox aşağıdır, təhsilin səviyyəsi sıfırdır, şagirdlər vaxtında dərslərdə iştirak eləmir, imtahanların isə necə keçdiyi hamıya məlumdur.
Bərdə Peşə Liseyində təhsil alan şagirdlər imtahanlardan direktorun maraqlarını təmin edərək keçirlər. Əks təqdirdə kəsirə qalırlar.
Şəmil Şükürov təhsil müəssisəsində üzə çıxan problemləri həll etmək əvəzinə biznes işləri ilə məşğul olur. Direktorun fermasındakı iri və xırda buynuzlu heyvanların sayı-hesabı yoxdur.
Şəmil Şükürov təhsil ocağının sayəsində biznesini inkişaf etdirir. Ölkənin təhsil sahəsi ən problemli sahələrdən biridir.
Deyilənə görə, sözügedən təhsil ocağına ayrılan vəsaitin sayəsində lisey direktoru özünə əməlli-başlı şərait yaradıb. Lakin liseyə gəldikdə isə təhsil ocağının binası baxımsızlıqdan az qala tələbə və müəllimlərin başına uçur.
Halbuki Təhsil Nazirliyi tərəfindən Bərdə Peşə Liseyinin təmiri üçün lazımi qədər vəsait ayrılıb. Bundan başqa bizə daxil olan məlumatlarda deyilir ki, Şükürov işinin öhdəsindən layiqincə gəlmir.
Direktor kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Yalnız və yalnız biznesini inkişaf etdirməklə məşğuldur.
Birinci Qarabağ savaşının başlaması ilə liseyin də “qara” günlərinin başladığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən təhsil ocağında müasir avadanlıqların qıtlığı səbəbindən tələbələri istehsalatda tətbiq olunan yeniliklərlə tanış etmək mümkün olmur.
Şəmil Şükürovun direktoru olduğu Bərdə Peşə Liseyində davamiyyət olduqca zəifdir. Tələbələrin bir qismi dərsə gəlmir, bəzi müəllimlər dərslərdə iştirak etmir, liseyin texniki işçilərinin və bəzi ustaların əməkhaqqları isə vaxtında verilmir.
Bundan başqa, bu təhsil müəssisəsi artıq “ölü can”lar təsisatına çevrilib. Bunun isə əsas səbəbkarı liseyin direktorudur. O, təhsil ocağını özünün şəxsi biznes obyekti kimi idarə edir. Habelə, tələbə kartlarını özündə saxlayır.
Mətbuatda gedən yazılara görə, təhsil müəssisəsinin maddi-texniki bazası yox dərəcəsindədir. Emalatxanalar bərbad vəziyyətə düşüb. Təhsil ocağının binasına kənardan baxanda demərsən ki, bura liseydir.
Lisey rəhbəri həyata keçirdiyi neqativ işlərin nəticəsində əldə etdiyi gəlirlər hesabına Bərdədə bir neçə ticarət obyekti açıb. Şəmil müəllimin Bakıda da kommersiya obyektlərinin olduğu deyilir.
Liseyi istifadəyə yararsız günə salan direktor oğlu üçün yaxşı güzəran qurub: Direktorun oğlu qara rəngli «BMW X6» sürür.
Qarşı tərəfi dinləməyə hazırıq.

Fikirlər

 Oxşar xəbərlər: