Xəbər lentİ


Bu rayonların icra başçıları dəyişdirildi

20:49, 05.04.19
77
gundem / siyaset
Bu rayonların icra başçıları dəyişdirildi Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Eyni zamanda Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin imzaladığı digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Fikirlər

 Oxşar xəbərlər: