Xəbər lentİ


«BİRİNCİ XANIMIN MİSSİYASI...»

20:21, 05.04.19
54
gundem / siyaset
«BİRİNCİ XANIMIN MİSSİYASI...» Tanınmış tədqiqatçı-politoloq Rövşən Novruzoğlunun və jurnalist Asif Mərzilinin birgə hazırladıqları kitab Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə, dünyəvi baxışlarına, humanitar missiyasına həsr edilib…
Tanınmış politoloq, milli təhlükəsizlik üzrə ekspert Rövşən Novruzoğlunun və «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin birgə çapa hazırladıqları «Birinci xanımın missiyası...» kitabı artıq çapa hazırdır. Kitabın annotasiya hissəsində oxuyuruq: «…Xüsusi istedadın tələbləri başqadır. Xüsusi istedadın öz ölçüləri var. Bu ölçülərin başında isə ləyaqət dayanır. Ləyaqət elə bir ölçü meyarıdır ki, onu, ancaq əməldə müşahidə etmək olar. Əməl isə o vaxt öz qucağında ləyaqətə yer verir ki, o təmizdir, safdır. Azərbaycan Prezidentinin xanımını-Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanı fərqləndirən cəhətlərdən biri budur ki, əgər görəcəyi iş və yaxud atacağı addım mənsub olduğu Azərbaycan xalqına, Azərbaycan dövlətinə və dövlətçiliyinə uğurlu sayılırsa o, dayanmadan o iş üçün gedir. Onun atdığı möhtəşəm addımlar sayəsində Bakı İslam Dünyasının Mədəniyyət Mərkəzi kimi tanındı… Mehriban xanımın əsas üstünlüklərindən biri də budur ki, o, xalqı, milləti öz arxasınca çəkib apara bilir. Bu güc ona ilahidən ayrılmış bir gücdür. Xalqı, milləti həyata keçiriləsi ideyalara inandırmaq və bu istiqamətdə addımlar atmaq xüsusi bir istedad tələb edir.
Sual: -Prezidenti və onun xanımını milyonlarla insan izləyir. Birinci xanım olmaq çətindir?
Cavab: -Belə deyərdim: asan deyil. Ancaq burada əsas rolu açıqlıq elementi oynamır. Tədricən kameralara, sənə dikilmiş baxışlara öyrəşirsən. Bunu öz həyat atributun kimi qəbul edirsən. Ölkə Prezidentinin həyat yoldaşı olmaq məsuliyyətli, çətin işdir. Sən yalnız özünü və ailəni yox, həm də, haradasa öz ölkəni təmsil edirsən. Sözlər, hərəkətlər, davranış - hamısı yerində olmalıdır. Xoşbəxtlikdən, mən hələ uşaqlıqdan öz qarşıma sərt tələblər qoymuşam, həmişə valideynlərimə, ailəmə layiq olmağa çalışmışam. Bu gün eyni məsuliyyət bizim uşaqlarımızın üzərinə düşür və mən fəxr edirəm ki, onlar bu çətin vəzifənin öhdəsindən dəqiqliklə gəlirlər.
(Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Baku” jurnalına (27.05.2009) müsahibəsindən).
Xatırladırıq ki, milli fundamental dəyərlərin toplumu və ifadəçisi olan adı çəkilən kitab uzunmüddətli araşdırma və tədqiqatların məhsuludur. Müəlliflər, hətta Mehriban Əliyevanın mənsub olduğu nəslin şəcərəsini də diqqətlə araşdırararq İranda olmuş, onun ulu babasının yaşadığı kəndə gedərək tədqiqat aparmış, olduqca maraqlı tarixi sənədlər və mənbələr üzə çıxarmışlar.
Kitab geniş oxucu kütləsi və politologiyanın müxtəlif sahələri ilə məşğul olanlar, eləcə də gənc siyasətçilər üçün nəzərdə tutulub və ictimai müzakiryə təqdim edilir. «Təzadlar»ın sabahkı sayından etibarən kitabdan bəzi hissələr çap ediləcək.
Yasəmən Məmmədli

Fikirlər

 Oxşar xəbərlər: