Xəbər lentİ


"Bütün xoşagəlməz hallara son qoyulmalıdır” - İlham Əliyev

20:19, 05.04.19
50
gundem / sosial
"Bütün xoşagəlməz hallara son qoyulmalıdır” - İlham Əliyev “Atılan addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn məktublar və müraciətlər deməyə əsas verir ki, islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir və bu, bizə əlavə imkanlar yaradır.
Biz ölkəmizi müasirləşdirməliyik, Azərbaycanı inkişaf etdirməliyik. Elə etməliyik ki, bütün problemlər öz həllini tapsın”. Bunu Prezident İlham Əliyev məcburi köçkünlər üçün Kürdəxanıda salınmış yeni qəsəbənin açılışında bildirib.
Prezident qeyd edib ki, iqtisadi, sosial, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır: “Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Büdcə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək.
Biz minimum əməkhaqqını və pensiyanı qaldıranda mən bildirmişdim ki, bu proses bundan sonra da aparılacaq”.
Dövlət başçısı bildirib ki, ölkədə əsas infrastruktur layihələri demək olar ki, icra olunub. Qarşıda icra ediləsi layihələr var, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında kifayət qədər böyük tədbirlər nəzərdə tutulur: “Ancaq biz əsas diqqəti vətəndaşların sosial məsələlərinə yönəldəcəyik. Bunu etmək üçün, əlbəttə ki, imkanlar var. İmkanları da biz yaradırıq. Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcək. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək”.

Fikirlər

 Oxşar xəbərlər: