Xəbər lentİ


Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək istəyir

18:24, 06.02.19
111
gundem
 Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək istəyir Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir.
Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.
E.Makronla yanaşı ziyafətdə Paris meri Ann İdalqo, İl-de-Frans regionunun Şura sədri Valeri Pekress, Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin həmsədrləri Murad Papazyan və Ara Toranyan kimi erməni lobbisinin fəal üzvləri də olub.
Qeyd edək ki, Fransa 1915-ci il hadisələrini qondarma "soyqırım" kimi tanıyan ilk dövlətlərdən biridir.

Fikirlər

 Oxşar xəbərlər: