Xəbər lentİ


Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib

18:10, 28.12.18
155
gundem
Ali Məhkəmə keçmiş MTN polkovnikinin kassasiya şikayətini təmin etməyib Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Höklmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə M.Əsgərovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Fikirlər

 Oxşar xəbərlər: